Finlandiya Ukraynaya növbəti hərbi yardım paketini elan edib

Finlandiya Ukraynaya növbəti hərbi yardım paketini elan edib

Finlandiya Ukraynaya növbəti hərbi yardım paketini elan edib

Finlandiya Ukraynaya növbəti hərbi yardım paketini elan edib.

xəbər verir ki, bu barədə Finlandiyanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Finlandiya Prezidenti Ukraynaya daha çox yardım ayrılması ilə bağlı hökumətin təklifi əsasında bugün müvafiq qərarı qəbul edib.

106 milyon avro dəyərində olan hərbi yardım paketi Finlandiyanın müharibə başlayandan bəri Ukraynaya ayırdığı 21-ci yardım paketidir.

“Finlandiya həm qısa, həm də uzunmüddətli perspektivdə Ukraynanı dəstəkləməyə sadiqdir. Çatdırdığımız müdafiə avadanlığı paketlərinin ümumi dəyəri 1,6 milyard avrodur”, – müdafiə naziri Antti Hakkänen deyib.

Qeyd olunub ki, təhlükəsizlik səbəblərinə görə yardımın konkret məzmunu, çatdırılma üsulu və ya qrafiki haqqında əlavə məlumat verilməyəcək.

Share: