Finlandiya XİN Quranın yandırılması hadisəsində Rusiya izini etiraf edib

Finlandiya XİN Quranın yandırılması hadisəsində Rusiya izini etiraf edib

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib ki, ifrat sağçı Rasmus Paludan tərəfindən təşkil edilən Quranın yandırılması ilə bağlı aksiyanın baş tutmasında Rusiya iştirak edə bilər.

Nazirin sözlərinə görə, araşdırma zamanı danimarkalı siyasətçinin əhatəsində Rusiya ilə “müəyyən əlaqələr” tapmaq mümkün olub. O, hansı əlaqələrdən bəhs etdiyini dəqiqləşdirilməyib.

Haavisto izah edib ki, İsveçin NATO-ya daxil olmasının qarşısını almaq üçün kimsə bu aksiyaları təşkil etməyə çalışır.

“Sual yaranır ki, İsveçin NATO-ya üzvlüyünə qarşı çıxan hansısa üçüncü tərəf, məsələn, Rusiya bunun qarşısını almaq məqsədilə aranı qarışdırmağa çalışmırmı?. Bu, bağışlanmazdır”, – Finlandiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Xatırladaq ki, yanvarın 21-də cənab Paludan Türkiyənin Stokholmdakı səfirliyi önündə Quranı yandırıb. Bundan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveç hakimiyyəti daha Ankaradan NATO-ya üzv olmaq üçün dəstək gözləməməlidir.

Mənbə: kommersant.ru

Share: