Finlandiyada rekord qıran Ramil Quliyev Norveçdə birinci oldu

Norveçin paytaxtı Osloda təşkil edilən 14 mərhələli Brilliant Liqa seriyasının builki beşinci yarışının qalibi müəyyən olub.

Müstəqil.Az Publika.az-a istinadən  xəbər verir ki, Türkiyə millisinin üzvü, azərbaycanlı atlet Ramil Quliyev 200 m kateqoriyasında birincilik əldə edib.

Ötən il Londonda təşkil edilən Dünya Çempionatında qızıl medala sahib olan atlet kariyerası ərzində bir Avropa çempionluğu, dünya ikinciliyi və Olimpiya üçüncülüyü əldə edən Yasmani Kopello ilə yarışıb.

R.Quliyev 200 m kateqoriyasında 19,90 saniyə ilə bu mövsümdə ən yaxşı dərəcəsini əldə edib.

Share: