“Hər bir ölkədə nələr baş verirsə, biz hamsıından xəbərdarıq. Bizim təcrübələrimizdən faydalanan ölkələr də az deyil”.
Müstəqil.az xəbər verir ki, bunu AzTV-nin “Hədəf” verilişində TƏBİB-in departament rəhbəri Firəngiz Əliyeva deyib.
O, Azərbaycanda karantin rejiminin yumşalmasının xəstəxanaların xeyrinə olduğunu bildirib:
“Əslində yumşalmaya tez gedilməsi bizə şans verdi ki, biz öz xəstəxanalarımızın texniki bazasını gücləndirək. O müddət bizim uduş müddətimiz idi. Ölkəyə dərmanların, lazımi avadanlıqların gətirilməsi vaxt istəyirdi”.
“Bu xəstəxanalarda xüsusi geyimlərdə müşahidələr onu göstərir ki, koronavirusla mübarizə olduqca çətin prosesdir, bizim həkimlərimizin koronavirusla apardığı mübarizəni nə sözlə, nə yazmaqla ifadə etmək mümkün deyil”, – deyə Firəngiz Əliyeva deyib.(publika)