“Yanğın baş vermiş ərazilər xəritələşdiriləcək və yanaraq məhv olmuş meşə sahələrində payız ağacəkmə mövsümündə mərhələlərlə meşəbərpa tədbirləri həyata keçiriləcək”.
Oxu.Az-ın məlumatına görə, bunu 2022-ci ildə Azərbaycan Respublikası ərazisində baş vermiş yanğınlar barədə keçirilən mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.
Onun sözlərinə görə, yanğın baş vermiş əraziləri təmizlənib, şumlanılacaq:
“Bildiyiniz kimi, yanğınlar baş verən zaman ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ərazidə olub, tapşırıqlar verib.
İlk mərhələdə yanmış və bioloji inkişafı mümkün olmayan ağaclar götürülərək ərazinin iqlim şəraitinə və həmin ərazidəki ağac növlərinə uyğun meşəcinsli toxumlar səpiləcək, tinglər əkiləcək. Sevindiricidir ki, bütün meşə örtüyü məhv olmayıb. Yanan ərazilərin monitorinqi davam etdirilir, monitorinqlər başa çatdıqdan sonra meşəbərpa tədbirlərinə başlanılacaq”.
O qeyd edib ki, payızda ölkə ərazisinsə üç milyon ağac əkiləcək.