“Folklorçular” İctimai Birliyi “Qərbi Azərbaycan folklor irsinin təbliği”nə start verdi

“Folklorçular” İctimai Birliyi “Qərbi Azərbaycan folklor irsinin təbliği”nə start verdi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Folklorçular” İctimai Birliyi 2024-cü ilin iyul ayından etibarən “Qərbi Azərbaycan folklor irsinin təbliği” adlı layihənin icrasına başlayıb.  

Bu haqda  Müstəqil.Az-a birliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, Layihədə qarşıya qoyulan əsas məqsəd Qərbi Azərbaycandakı  folklor mühitlərini, qaçqınlıq həyatının bu mühitlərə təsirini öyrənmək və beynəlxalq aləmdə mövzunun elmi araşdırma mövzusuna çevrilməsinə şərait yaratmaqdır. Bu məqsədlə də layihə çərçivəsində 13 sentyabr 2024 –cü il tarixdə Bakı şəhərində “Qərbi Azərbaycan folkloru: problemlər, perespektivlər” mövzusunda beynəlxalq konfrans keçirildi.

Konfransa  50-yə yaxın məruzə daxil olmuş, onlardan 20 məruzə elmi dəyərləndirmədən keçmişdir. AMEA-nın müxtəlif qurumları ilə yanaşı, DİN-nin Polis Akademiyası, Bakı Avrasiya Universiteti, Şövkət Ələkbərova adına 20 saylı Musiqi Məktəbi, AMEA-nın Gəncə bölməsi, Xəzər Universiteti və Türkiyə Respublikası Kafkas Universitetindən məruzələr təqdim olunmuşdur. Təqdim olunan  məruzələr Qərbi Azərbaycanın etnik və mədəni həyatının müxtəlif sahələrini, həmçinin Qərbi azərbaycanlıların bölgədən deportasiyasının yol açdığı nəticələri əhatə etmişdir.

Konfransda çıxış edən AMEA Folklor İnstitutunun direktor müavini, fil.ü.f.d., dos. Afaq Ramazanova bütövlükdə Azərbaycan, eləcə də ümumtürk folklorunun ayrılmaz tərkib hissəsi olan Qərbi Azərbaycan folklorunun müasir vəziyyətinin öyrənilməsi, regional özünəməxsusluğunun üzə çıxarılması, Qərbi azərbaycanlıların tarixi torpaqlarından deportasiyası və bunun bölgə folkloruna təsirinin öyrənilməsi məqsədilə keçirilən konfransın elmi əhəmiyyətindən danışıb. O, tədbirin Azərbaycan folklor coğrafiyasında özünəməxsus ənənələrə sahib olan bu bölgənin şifahi irsinin daha geniş miqyasda tədqiqinə imkanlar yaradacağına, yeni-yeni araşdırmaların meydana çıxaracağına inamını ifadə edib. Sonra fil.e.d., dos. Ağaverdi Xəlil “Qərbi Azərbaycan mərasim folklorunun aktual problemləri”, fil.ü.f.d. Semiha Özel Yaman “Göç olgusu bağlamında Mevlüt Süleymanlı’nın “Göç” romanı”, fil.ü.f.d., dos. Afaq Ramazanova “SMOMPK-da İrəvan mərasimləri”, fil.ü.f.d., dos. İlhamə Qəsəbova “Göyçə-Qazax aşıq mühitlərinin sənət əlaqəsi”, fil.e.d., prof. Elmira Məmmədova-Kekeç “Qərbi Azərbaycanın Dəstəgird qəsəbəsində ziyarət yerləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Öz işini bölmə iclaslarında davam konfransın sonunda məruzəçilərə sertifikatlar təqdim olunub. Konfransın yekununda aşağıdakı qənatələr əldə edilmişdir:

  1. Qərbi Azərbaycan folklor coğrafiyasının dəqiq sərhələri müəyyənləşdirilməlidir. Bu zamana nəzərə alnmalıdır ki, Qərbi Azərbaycan folkloru dedikdə təkcə Ermənistan ərazisində yaranan folklor götürülmür, Şərqi Zəngəzur, Naxçıvan və Türkiyənin Ermənistanla səhrəd bölgələrindəki folklor da eyni regional ənənələr üzərində formalaşıb inkişaf edib.
  2. Qərbi Azərbaycan mədəniyyətinə dair nümunələr müəyyənləşdirilərək UNESKO-nun qeyri maddi mədəni irs siyahısında daxil edilməsi üçün  Qərbi Azərbaycan İcması və Mədəniyyət Naziriliyinə təqdim olunsun.
  3. Qərbi Azərbaycan inanc sisteminin ətraflı araşdırılmasına ehtiyac vardır. Bu bizə həm qızılbaş inancları haqqında ətarflı məlumat əldə etməyimizə kömək edəcək, həm də bölgədəki bir çox məbədlərin (məsələn, Ağoğlan məbədinin) xristian türklər tərəfindən yaradılmasına dair əsaslı faktlar ortaya çıxaracaqdır.
  4. Qərbi azərbaycanlıların bayram mədəniyyətində Xıdır Nəbi xüsusi yer tutur. Fevral ayında qeyd olunan bu bayram adət-ənənələrinin zənginliyinə görə seçilmişdir. Xıdır Nəbinin gəlişi münasibəti ilə qurbanı kəsilmiş, pirlər ziyarət edilmiş, özünəməxsus bayaram süfrəsi olmuşdur. Qərbi Azəybaycanda Xıdır Nəbi erkən baharın gəlişinin qeyd edildiyi tarixdir, həmin dövrdən etibarən yerə oğru buğ gəlir, torpaqda hərarər yaranır, kartof, nohud kimi bir çox ərzaqların əkini də həmin tarixdən başlayırdı.
  5. Qərbi Azərbaycandakı folklor mühitləri Azərbaycan sənətinə Aşıq Ələsgər, Aşıq Cəlil kimi korifey sənətkarlar bəxş etmiş, Azərbaycan folklor janrlarını yeni nümunə və variantlarla zənginləşdirmişdi. Regional folklor onu dəstəkləyən mühit, regional ənənələr üzərində inkişaf edir. Qərbi azərbaycanlıların bölgədən deportasiyası  və onların pərakəndə şəkildə məskunlaşdırılması Qərbi Azərbaycandakı folklor mühitlərinin dağılmasına, milli-mədəniyyət artefaktlarının məhv olmasına səbəb olmuşdur.
    Müstəqil.Az
Share: