Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhəri Nərimanov rayonu 212, Yasamal rayonu 53, Sabunçu rayonu 128, Suraxanı rayonu 101 və 290, Xətai rayonu 59 və 63 nömrəli tam orta məktəblərində, Sumqayıt Regional Mərkəzi tərəfindən “Alüminiumçu” İdman Evində, Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, “Zəhmət Ruzi” MMC-də və Abşeron rayon Xırdalan şəhər 22 nömrəli körpələr evi-uşaq bağçasında, Şimal Regional Mərkəzi tərəfindən Quba rayonu Alekseyevka kənd tam orta məktəbində və Xaçmaz şəhəri 1 nömrəli tam orta məktəbində, Gəncə Regional Mərkəzi tərəfindən Samux rayonu Sarıqamış və Alabaşlı kənd tam orta məktəblərində, Gəncə şəhəri 33 nömrəli tam orta məktəbi və Gəncə Tibb Kollecində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağdam Dövlət Sosial-İqtisad Kollecində və Beyləqan rayon Dünyamalılar kənd 2 nömrəli tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Goranboy rayon Zeyvə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Şamaxı rayonu S.Əhmədov adına Əngəxaran və Çuxuryurd kənd tam orta məktəblərində və Muğan Regional Mərkəzi tərəfindən İmişli rayon Aranlı kənd N.Əsədov adına 2 saylı tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.