Frankfurt-Vyetnam reysini həyata keçirən hava gəmisi “Boeing B787” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.
“Vietnam Airlines” aviaşirkətinin Frankfurt-Xoşimin reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb sərnişinin səhhətinin qəfil pisləşməsi olub.
“Boeing B787” təyyarəsi yerli vaxtı ilə saat 21:11-də Bakı hava limanına uğurla eniş edib.
Təyyarə eniş etdikdən sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.