Fransa elektrik xətlərini İrlandiya ilə birləşdirəcək

Fransa elektrik xətlərini İrlandiya ilə birləşdirəcək

Fransa hökuməti sentyabrın 18-də “Celtic Interconnector” adlı ilk Fransa-İrlandiya elektrik təchizatı xəttinin yaradılması layihəsini açıqlayıb.

Məlumata görə, layihənin hazırda Fransanın elektrik şəbəkələrini idarə edən RTE və İrlandiyanın eyni funksiyanı yerinə yetirən “Eirgrid” şirkətlərinin birgə səyi nəticəsində reallaşdırılması nəzərdə tutulur.

“Celtic Interconnector” xəttinin 2026-cı ildən fəaliyyətə başlaması planlaşdırılır.

Layihə təşəbbüskarlarının fikrincə, təxminən 575 km-lik bu xətt “bərpa olunan enerji mənbələrinin inkişafına” və “iki ölkə arasında elektrik həmrəyliyinin gücləndirilməsinə” töhfə verməlidir.

Təxminən 1 milyard avro dəyərində olan layihənin “Brexit” kontekstində İrlandiyanın Britaniyadan enerji asılılığını azaldacağı gözlənilir.

Mənbə: rossaprimavera.ru

Share: