Fransa səfiri Rusiya XİN-ə çağırılıb

Fransa səfiri Rusiya XİN-ə çağırılıb

Fransa səfiri Rusiya XİN-ə çağırılıb

Fransa səfiri Pyer Levi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, Fransanın Avropa və Xarici İşlər Naziri S.Sejurnenin Fransa tərəfinin Rusiya rəsmiləri ilə danışıqlara maraq göstərməməsi ilə bağlı son bəyanatları ilə əlaqədar olaraq Fransa səfiri Rusiya XİN-ə çağırılıb.

“Fransa səfirinin diqqətinə çatdırılıb ki, reallıqla heç bir əlaqəsi olmayan bu cür bəyanatlar qəbuledilməzdir. Biz Fransa Xarici siyasət idarəsinin rəhbərinin bu bəyanatlarını iki ölkə arasında hər hansı dialoqun mümkünlüyünü pozmağa yönəlmiş Fransa tərəfinin şüurlu və düşünülmüş hərəkəti kimi qiymətləndiririk”, deyə Rusiya XİN-nin məlumatında qeyd olunub.

Share: