Fransanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İrana səfər etməməyə çağırıb.
-nın məlumatına görə, nazirliyin “X” hesabında yayılan rəsmi məlumatda bu çağırış İranın İsrail, Fələstin və Livanda törədə biləcəyi hər hansısa təhlükəli hadisələrlə əlaqələndirilib. Eyni zamanda, vətəndaşlardan adıçəkilən ölkələrə də getməmək xahiş olunub.
Bəyanatda, həmçinin İrandakı fransız diplomatların ailə üzvlərinin Parisə qayıdacağı da açıqlanıb. O da bildirilib ki, Fransanın dövlət strukturlarında işləyənlərin adıçəkilən ölkələrə səfərləri qadağan edilib.