Fransa Milli Müdafiə Şurasının iclasından sonra ölkədə terror təhlükəsi ən yüksək səviyyədə elan edilib.
xəbər verir ki, bu barədə Fransanın Baş naziri Qabriel Attal sosial şəbəkədə bildirib.
Qeyd olunub ki, buna səbəb Moskva yaxınlığındakı “Crocus City Hall”da baş vermiş terror aktıdır.
“İslam Dövləti” terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünə görə, həmçinin ölkənin üzləşdiyi təhdidləri nəzərə alaraq, terror təhlükəsi səviyyəsinin yüksəldilməsi qərara alınıb.
Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makronun Krokusdakı terror aktından sonra Yelisey sarayında Müdafiə Şurasının iclasını çağırdığı bildirilib.