Fransa Katolik Kilsəsinin 11 keçmiş və indiki yepiskopu cinsi qısnamada şübhəli bilinir və onlar barəsində istintaq aparılır.
Bu barədə Fransa Katolik Kahinləri Konfransının sədri Erik de Mulen-Bafor bildirib.
“Bu günə qədər altı yepiskop ölkəmizin məhkəmə orqanları və ya kanonik ədalət mühakiməsi qarşısına çıxarılıb. Onlar dini xidmətdən kənarlaşdırılıblar. Digərlərinə qarşı isə araşdırmalar davam edir. Onların da kilsələrdəki xidməti məhdudlaşdırılıb”, – deyə o bildirib.
Bafor, həmçinin, 35 il əvvəl 14 yaşlı qıza qarşı “nalayiq davranışını” etiraf edən keçmiş Bordo yepiskopu, kardinal Jan-Pyer Rikardın istintaqı haqqında da məlumat verib.
Mənbə: TASS