Fransada dəmir yolunun tikintisi polislə qarşıdurmalara səbəb olub

Fransada dəmir yolunun tikintisi polislə qarşıdurmalara səbəb olub

Fransada Lion-Turin sürətli dəmir yolunun tikintisinə qarşı etiraz edən şəxslərlə polis arasında toqquşmalar baş verib.  

Toqquşmaların mərkəzi Fransanın cənub şərqində yerləşən Sen-Jan-de-Moren komunnası olub.

Etirazlara Fransa parlamentinin bir neçə deputatı da qoşulub.

Nümayişçilər iddia edirlər ki, yeni dəmir yolunun tikintisi ətraf mühitə, xüsusən yerli su ehtiyatlarına zərərli təsir göstərə bilər.

Polislə etirazçılar arasında baş verən toqquşmalardan sonra bir neçə  nəfər saxlanılıb. Lakin saxlanılanların dəqiq sayı barədə məlumat verilmir.

Mənbə: France 3

Share: