Fransada islamofobiya çoxparametrli hal alıb.
xəbər verir ki, bunu Liverpul Universitetində İnsan coğrafiyası, sosial və məkan bərabərsizliyi mövzusunda mühazirələr tədris edən Kautar Nacib Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusundakı beynəlxalq elmi konfransda panel müzakirəsi zamanı deyib.
“Biz Fransada davamlı şəkildə islamofobiyaya çağırışlar eşidirik. Hicab geyinən tələbələr məktəblərdən kənarda belə qısnamalara məruz qalırlar. Bütün bunların hamısı kifayət qədər böyük siqnaldır. Bu onu göstərir ki, Fransada islamofobik düşüncə oturuşub”, – o əlavə edib.
Ekspert islamofobik düşüncə ilə mübarizənin yalnız fikirləri birləşdirməkdə gördüyünü vurğulayıb.