Sankt-Peterburq “Zenit”inin pleymeykeri Tomas Ertel Fransa yığmasına çağırılmayacaq.
Bu barədə Fransa Basketbol Federasiyasının prezidenti Jan-Pyer Siyuta məlumat verib.
Onun sözlərinə görə, müdafiəçi Rusiya və Belarus klublarına keçməyəcəyi ilə bağlı sənəd imzalayıb. Lakin bundan 3 gün sonra Ertel “Zenit”lə müqaviləyə qol çəkib. Bununla bağlı onun yığmadan qovulmasına qərar verilib.
Qeyd edək ki, 33 yaşlı Ertel sentyabrın 21-də “Zenit”lə müqavilə bağlayıb. Fransa millisinin heyətində basketbolçu Avropa Çempionatının qalibi, Dünya Çempionatının bürünc mükafatçısı olub və Olimpiadanın gümüş medalını qazanıb.
Mənbə: lenta.ru