Fransalı cütlük övladlarına ölüm tanrısının adını vermək istəyir

Fransalı cütlük övladlarına ölüm tanrısının adını vermək istəyir

Fransadan olan gənc evli cütlük oğullarına Aid adını vermək hüququ üçün yerli hakimiyyət orqanlarını məhkəməyə veriblər.

2022-ci ilin sentyabrında Kristina Deqre və Rodriqo Velaskesin ilk övladı dünyaya gəlib, lakin onun hələ də doğum şəhadətnaməsi yoxdur. Belə ki, Fransa hakimiyyəti valideynlərin uşaq üçün seçdiyi adı qeydiyyatdan keçirmək istəmir.

Deqre və Velaskesin sözlərinə görə, doğum evinin işçiləri Aid adını gözəl hesab ediblər, heç kim buna qarşı olmayıb.

Fransa qanunlarına görə, dövlət uşağın adının gələcəkdə onun maraqlarına toxuna biləcəyini hesab edərsə, valideynlərdən bu adı dəyişdirməyi tələb etmək hüququna malikdir.

Aprelin 4-də yerli məhkəmə iş üzrə qərar çıxarmalıdır.

Qeyd edək ki, Aid yunan mifologiyasında yeraltı dünyanın və ölülərin tanrısının adıdır.

Mənbə: mk.ru

Share: