Fransada baş nazir postuna 34 yaşlı homoseksual Qabriyel Attalın gətirilməsi bütün dünyada rezonans doğurub. Fransa prezidenti Emmanuel Makronun yetirməsi olduğu deyilən Qabriyel Attalın LQBT üzvü olması üzə çıxıb.
Daha doğrusu, o özü homoseksualist olduğunu gizlətmir. Hətta onunla bağlı ən dəhşətli faktlardan biri odur ki, Q.Attal Makronun” Dirçəliş” partiyasının başçısı Stefan Sejurne ilə nikahdadır. Kişi cinsindən olan baş nazir öz həmcinsi ilə intim əlaqədədir.
Məlumat üçün deyək ki, vaxtilə mediada Makronun da homoseksual olduğuna dair fikirlər yayılıb. Qeyd edək ki, bir neçə il əvvəl fransalı aktyor Jerar Depardye verilişlərdən birində qonaq olarkən Makronu homoseksual adlandırıb: “Mən bilirəm ki, bizim respublikanın prezidenti homoseksualdır. Ancaq bu mövzuya heç kəs heç zaman toxunmur. Onun təcrübəsizliyi üzündən yürütdüyü siyasət bizi uçuruma aparır…” Bunu dünya şöhrətli bir aktyor deyir. Makronun yürütdüyü siyasət nəticəsində bu ölkədə hər şey baş-ayaq olub, it yiyəsini tanımır, homoseksuallar, islam dininə, başqa xalqlara nifrət edən dikbaş, faşist düşüncəli insanlar vəzifəyə gətirilir.
Attal barədə mətbuatda yazılanlara diqqət yetirək: “…Siyasi dairələrdə ərköyün varlı uşaq, Makronun davamçısı kimi tanınan Qabriel eyni zamanda homoseksualdır və tarixi inqilablarla zəngin Fransanın ən yeni tarixinə ilk açıq homoseksual kimi düşmək şansına sahib olub.
Attal artıq siyasi dairələrdə prezident postuna potensial namizəd kimi qəbul edilir. Makronist Dirçəliş partiyasından Avropa Parlamentində deputat olan Stefan Sejurne ilə vətəndaş nikahında yaşayan siyasətçi qatı ermənipərəst kimi də tanınır. Cütlük Parisdə bir mənzildə birlikdə yaşayır. Amma maraqlı bir fakt var ki, siyasətçi bir müddət müğənni qadın Coys Conatanla da sevgi macərası yaşayıb. Cütlüyün ehtiraslı sevgi romanı barədə Parisin bulvar qəzetlərində məqalələr yazılıb. Amma sonradan siyasətə atıldıqdan sonra, yəni nazir təyin edildikdə qəflətən orientasiyasını dəyişərək Stefanla evlənmək qərarına gəlir. Eyni zamanda qeyd etmək yerinə düşər ki, siyasi fəal Xuan Branko keçmiş sinif yoldaşını ifşa edərək onun homoseksual olduğunu 2018-ci ildə aləmə car çəkib…”
Bu adam açıq homoseksualstdir. Fransada açıq şəkildə homoseksual bir adamın baş nazir təyin edilməsi Fransa cəmiyyətinin elitasının da artıq çürüməkdə olduğunu göstərən fakt sayıla bilərmi?
Ekspertlər qeyd edir ki, Fransanı bürüyən etirazlar, siyasi təzyiqlər, Afrikadakı problemlər, müstəmləkələrdə baş verən iğtişaşlar, səfirlərin qovulması kimi hallar əslində Makron hökumətinin iflasa uğramasından xəbər verir. Ekspertlər bildirir ki, Fransada idarəçilik, elita, ictimai münasibətlər. demək olar ki, çürüyüb gedir. Orada islamfobiya, etnik fobiyalar, zorakılıq var, mənəvi dəyərlər itirilib, elita pozğunçuluq yolunu tutub səmti bilinməyən yerə gedir, bu isə az qala Fransa dövlətinin sonudur. Bütün bunlar da Makronun dövründə baş verir.
“Attal kimisinin vəzifə başına gətirilməsi Fransanı daha rəzil vəziyyətə salır”
Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hazırda Fransa çox eybəcər bir şəklə salınıb, Makron hökuməti bu ölkədə hər şeyi məhv edib, ənənələrin, insanpərvərliyin üstündən xətt çəkib. “Yadıma “Dərviş Parisi partladır” filmi düşdü. Orada Hətəmxan ağanın Şahbaz bəyə dediklərini, fransızlarla bizim fərqimizi izah etməsini xatırlamalı oldum. Hələ neçə əsr bundan əvvəl Mirzə Fətəli Axundov qəhrəmanının dilindən Fransada əxlaqsızlığın, mənəvi aşınmanın mövcudluğunu göstərib. Eyni zamanda yadıma bir gürcü lətifəsi düşür: Mixo Parisə gedir və Parislə onu tanış edirlər, deyirlər ki, bura şəhərin filan məhəlləsidir, burada fahişələrin qiyməti 15 frankdı, bura filan yerdir burada isə fahişələrin qiyməti 45 frankdı. Axırda Mixo soruşur ki, burada abırlı qadın yoxdurmu? Deyirlər ki, var, amma onların qiyməti daha bahadır. Yəni fransızların elitası da, üzdə olanları da hər zaman bu xarakterdədir. Bunun adını indi homoseksualist qoyublar və sair. Makron özünün sürüşkən siyasəti, sürüşkən əxlaqı ilə kifayətlənməyib baş nazir postuna və digər vəzifələrə özü kimilərini təyin edir. Bu niyə belədir? Çünki onda başqa xalqalara, dinlərə qarşı həqarət, aşağılamaq xisləti var. Bu gün orada islam dininə qarşı baş verən iyrəncliklər, digər hallar göstərir ki, Makronun prezidentliyi Fransanı kökündən çürüdüb. Attal kimisinin vəzifə başına gətirilməsi Fransanı daha rəzil vəziyyətə salır. Hesab edir ki, cinsi orentasiyası zədəli olanlar cəmiyyəti daha dərindən zəhərləyə bilər, buna görə də baş naziri cinsi azlıq nümayədələri arasından seçir. Maraqlıdır ki, Fransa elitasından heç kəs bu təyinata qarşı çıxmadı, onlar da fransızların taleyini bir homosksualistə həvalə etdilər. Elitanın, fransız cəmiyyətinin Makronun təyinatına etiraz etməməsi onu göstərir ki, Fransada dəyərlər sistemi çürüyüb, yıxılmaq üzrədir. Bu çox yanlış tendensiyadır”-deyə F.Balabəyli qeyd etdi.
Əli TURABOV