“Fransanın Nigerdəki səfiri sözün həqiqi mənasında girov götürülüb”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron jurnalistlərə açıqlaması zamanı deyib.
“Hazırda Nigerdəki səfirliyə ərzaq çatdırılmasına maneə törədilir. Səfir hərbi norma ilə qidalanır” – deyə Makron bildirib.
Xatırladaq ki, Nigerdə dövlət çevrilişindən sonra hərbçilər Fransa səfirinin ölkədən çıxmasını tələb etsələr də, o, səfirlik ərazisini tərk etməyib.