FTB 1945-ci ildə Almaniyadan oğurlanmış rəsm əsərini qaytarıb

FTB 1945-ci ildə Almaniyadan oğurlanmış rəsm əsərini qaytarıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1945-ci ildə İkinci Dünya Müharibəsinin sonunda Almaniyadan oğurlanan, 18-ci əsrdə yaşamış Avstriya rəssamı İohan Frans Nepomuk Lautererin “İtalyan mənzərəsi” ölkəyə qaytarılıb.

ABŞ-nin Federal Təhlükəsizlik Bürosu (FTB) Almaniyanın ABŞ-nin Çikaqo ştatındakı konsulluğunda keçirilən mərasimdə Lautererin əsərini Bavariya dövlət rəsm toplusunun (Münhen) nümayəndəsinə təqdim edib.

Mənzərədə Lauterer İtaliyanın ucqar kəndlərini təsvir edib. 1945-ci ildə tablonu özü ilə aparan amerikalı əsgərin nəvəsinin özünün oğurlanmış sənət əsərlərinin qaytarılması üzrə beynəlxalq “Art Recovery International” təşkilatına müraciət etdiyi bildirilir.

2011-ci ildə rəsmi satmağa çalışsalar da, muzey ona dair hüquqlarının olduğunu bəyan edib. Rəsm 2012-ci ildə Almaniyanın itirilmiş incəsənət əsərləri reyestrinə daxil edilib.

“”Art Recovery International”da işimizin məğzini nasistlər tərəfindən oğurlanmış və ictimai və ya şəxsi kolleksiyalarda tapılan sənət əsərlərin tədqiqi və bərpası təşkil edir. Bəzən buna bənzər hallara rast gəlirik ki, müttəfiqlərin əsgərləri əşyaları suvenir və ya müharibə qəniməti kimi evlərinə aparırdılar. Qalib olan tərəfdə olmaq bu işdə haqlı olmaq demək deyil”, – deyə təşkilatın təsisçisi Kristofer Marinello bildirib.

Onun sözlərinə görə, sahibi əvvəlcə rəsmi ona satmağa çalışsa da, sonda onu təmənnasız verib.

Mənbə: Fox News

Share: