FTX Mübariz Mənsimovla bağlı araşdırmalara başladı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (SEB-inin) İqtisadi təhlükəsizlik xidməti milyarder Mübariz Mənsimova məxsus “Palmali” şirkətinin Türkiyə gəmiçiliyi qrupunun Rusiya bölməsi barəsində yoxlamalara başlayıb.

Virtualaz.org bildirir ki, bu barədə “Russia Today” xəbər yayıb.

Bildirilir ki, “Palmali” 1 milyarddan çox rubl məbləğində vergiləri ödəməyib. Bundan başqa, şirkət vasitələrin xaricə çıxardılmasına cəlb edilib.

Daha əvvəl “Palmali” şirkətinin Türkiyə gəmiçiliyi qrupu Rostov bölməsinin direktoru, Mübariz Mənsimova yaxın hesab edilən Aleksey Mixelev barəsində cinayət işi qaldırılmışdı.

İstintaqın məlumatına görə, o, hesabatlara su nəqliyyatı ilə yüklərin daşınmasından alınan gəlir haqqında yanlış və azaldılmış məlumatlar daxil edib.

Bununla əlaqədar şirkət büdcəyə 2010-cu il ərzində qanunla müəyyən edilmiş müddətdə 881 milyondan çox rubl, 2011-ci il ərzində isə 401 milyondan çox rubl gəlir vergisi ödəməyib.

Share: