Fuad Biləsuvarlıdan təbrik şeirləri…

Fuad Biləsuvarlıdan təbrik şeirləri…
Dəyərli ziyalı Böyükkişi  Əliyevin ilk və  nəvəsi balaca Ayazın bir yaşı tamam olur. Ayaz balanın bir yaşının tamam olması münasibəti ilə valideynləri, babaları, nənələri, bütün doğmaları, əzizləri ürəkdən təbrik edirlər. Valideynlərinə, elinə, obasına layiqli oğul, vətəndaş kimi yetişsin boya başa çatsın. Bu təbrikə AYB-nin üzvü, AJB-nin üzvü, Prezident mükafatçısı Fuad Biləsuvarlı da qoşulur, səbəbkarın doğum gününə babası Böyükişi müəllimin dilindən yazdığı şeirləri təqdim edir:
 
Nəvəm Ayazın
 
/Babadan nəvəsinə\
 
Babanın, nənənin çox istəklisi,
Atanın, ananın saf ürəklisi.
Dayının, əminin nər biləklisi,
Bir yaşı mübarək nəvəm Ayazın.
 
Uca zirvələrə, dağa oxşayan,
Meyvəsi bal dadan bağa oxşayan.
Sarayda taxtında şaha oxşayan,
Bir yaşı mübarək nəvəm Ayazın.
 
Vətəni qoruyan bir canlı çəpər,
Tanıyır Ayazı artıq hər şəhər.
Yaraşır bəxtinə qələbə, zəfər,
Bir yaşı mübarək nəvəm Ayazın.
 
Allah özü verib xeyir-duasın,
Daim isti etsin yurd və yuvasın.
Mənlə tez-tez kənddə alır havasın,
Bir yaşı mübarək nəvəm Ayazın.
 
Onun əlindədi xoşbəxt gələcək,
Onunla gələcək gözəl gələcək.
Sayəsində vətən ağ gün görəcək,
Bir yaşı mübarək nəvəm Ayazın.
 
Müəllif: Fuad Biləsuvarlı
 
Dinlə nəsihəti
 
/Babasından nəvəsinə\
 
Dinlə nəsihəti yüz yol, min kərə,
Çox da meyil etmə qızıla, zərə.
Layiqli vətəndaş ol bu şəhərə,
Sənə bağışlayım dünyanı Ayaz!
 
Öz imarətində padişah özün,
Baban kimi kişi ol canım-gözüm.
Nə yaxşı sən elə bizimsən bizim,
Uğrunla mat elə cahanı Ayaz!
 
Qoy sənə desinlər Mübariz, Rəşad,
Sevincin göylərə ucalsın qat-qat.
Daima üzünə gülsün kainat,
Məğlub et gücünlə nadanı Ayaz!
 
Babandı yanında köməyin kimi,
Qoru gözlərinin bəbəyi kimi.
Qoru köksündəki ürəyin kimi,
Böyükkişi kimi babanı Ayaz!
 
Müəllif: Fuad Biləsuvarlı
 
Allah sənə versin qardaş
 
/Babasından nəvəsinə.\
 
Bapbalaca, şirin qaqaş,
Allah sənə versin qardaş.
Böyüyürsən yavaş-yavaş,
Danışırsan söz də Ayaz.
 
Ətrafında çoxdu əmi,
Arxayın ol, day bil yəni.
Baban kimi elə səni,
İstəyirik biz də Ayaz.
 
Tanrı sənə olsun kömək,
Çox yaraşır sənə gülmək.
Bişirirlər dadlı yemək,
Sənin üçün közdə Ayaz.
 
Dünən bitdi, səhərimiz,
Day sizindi gəncliyimiz.
O gün olsun görüşək biz,
On yaşında, sizdə Ayaz.
 
Müəllif: Fuad Biləsuvarlı
Share: