FUAD MURADOVUN DÜNYA AZƏRBAYCANLILARI ÜZƏRINDƏN AZƏRBAYCAN RƏHBƏRLIYINƏ SIRIMAQ ISTƏDIYI YALANLAR

FUAD MURADOVUN DÜNYA AZƏRBAYCANLILARI ÜZƏRINDƏN AZƏRBAYCAN RƏHBƏRLIYINƏ SIRIMAQ ISTƏDIYI YALANLAR

DIASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMITƏSININ SƏDRI FUAD MURADOVUN DÜNYA AZƏRBAYCANLILARI ÜZƏRINDƏN AZƏRBAYCAN RƏHBƏRLIYINƏ SIRIMAQ ISTƏDIYI YALANLAR

Əvvəlcə Dizsporla iş üzrə Dövlə Komitəsinin yaradılmasının məqsədləri haqqında qısa məlumat verək. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratmışdır. Ümummilli liderimiz bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı.
Zaman keçdikcə diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir.
2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev «Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» Fərman imzaladı. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd olmuşdur. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan vermişdir.
Ötən dövrün ən mühüm hadisələrindən biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması olmuşdur.
Müasir dövrümüzdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilib. Qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoymaqdadır. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması da, məhz bu zərurətdən irəli gəlmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması digər xalqların diaspor qurumları və müxtəlif ölkələrin bilavasitə bu sahəyə məsul olan dövlət orqanları ilə birbaşa əməkdaşlığın qurulması imkanlarını genişləndirir. Bu mənada Azərbaycan Respublikası Prezidentinin «Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» Sərəncamı Azərbaycan Respublikasının diaspor quruculuğu işinə verdiyi önəmin daha bir parlaq təzahürü kimi qiymətləndirilməlidir.
Diasporla iş üzrə Dövlət Komitəsinin indiki sədri Fuad Muradov isə Komitənin bu məqsədlərini öz məkrli fəaliyyəti ilə demək olar ki sıfıra endirmişdir, sanki Komitə babası Bazirqaudan ona miras qalan bir əmlakdır.
Beləliklə, gələk əsas məqsədimizə. Noyabr ayının 21 Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət ünvanlayıb.
Düşünürük ki bu müraciət Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun fiaskoya uğrayan fəaliyyətinin üstünü örtmək üçün dünya azərbaycanlilari üzərindən Azərbaycan rəhbərliyinə böyük işlər gördüyünü əsaslandırmağa hesablanan yalanlardan ibarətdir.
Fuad Muradovun müraciətdə qeyd etdiyi: “Qətnamə layihəsi Senatda müzakirə olunan gün diaspor üzvləri Senatın binası qarşısında icazəli piket keçiriblər”. Fikri ilə mübahisə etmirik, ola bilər. Amma (piketin tam orijinal versiyasını buradan izləmək olar:  https://youtu.be/rv-otEZk_vM) ” fikri yanlışdır.
Əgər Fuad Muradovun bu fikri ilə razılaşsaq, bəs onda piketin bu versiyasını necə başa düşək? https://www.youtube.com/watch?v=t0RAVvGua-8 Bu isə Fuad Muradovun yalanını ifşa edən bir faktdır
Çəkinin ölçü vahidi var. Sürətin var. Hündürlüyün var və sairə. Amma insanın saflığının, səmimiliyinin, dürüstlüyünün, mədəniyyətinin yaxşı və pis cəhətini ölçən cihaz yoxdur. Ona görə rüşvətxor. cinayətkar, xəyanətkar, pozğun, əli əyri, yalançı kefiyyətsiz insanlar çoxalıb. Belələrinin isə qarşısını almaq çox çətindir.
Diasporla iş üzrə Dovlət Komitəsinin yaydığı müracətin bu iddiası tam yalandır: “Aparılan sistemli və ardıcıl işin nəticəsidir ki, xaricdəki Azərbaycan icmaları vətənpərvərlik adı ilə manipulyasiya edən təsadüfi adamlardan təmizlənir, dövlətçilik maraq və mənafelərini hər şeydən üstün tutan insanların güc birliyinə çevrilir”.
Əvvəlcə mən rəhbəri olduğum fond haqqında Fuad Muradova qısa və tutarlı cavab vermək istəyirəm. Xaricdə olan yeganə təşkilatdır ki iki dövlətin Prezidenti öz çıxışlarında fondun fəaliyyətinə yüksək qiymət verib. Fuad Muradov isə bizi gözümçıxdıya salıb. (Prezidentlərin original çıxışlarını buradan izləmək olar: https://youtu.be/EzcLCX0SqJU)
Qırğızıstan Prezidenti  Sadır Japarovun dediyi: Hörmətli İlham Heydər oğlu, bizim ölkədə Heydər Əlirza oğlu Əliyevin olduqca çox pərəstişkarı var. Bu, boş sözlər deyil. Bu, sübutdur – mən əlimdə “Azərbaycan xalqının dahi oğlu Heydər Əlirza oğlu Əliyev barədə xatirə” albomunu tutmuşam. Bu albomu onun pərəstişkarları hazırlayıblar və məndən xahiş ediblər ki, onu Sizə çatdırım. İcazənizlə Sizə təqdim edirəm”. Bu albom bizə aiddir
Azərbaycan Prezident cənab İlham Əliyevin bu sözləri isə: “Hörmətli Sadır Nurqojoyeviç. Belə xatirə hədiyyəsinə görə sağ olun. Biz burada videokadrlarda Heydər Əlirza oğlunun “Manas”ın minilliyi təntənələrində iştirakını gördük və bizim nümayəndə heyətimizin bütün üzvləri, – mən onların hisslərinə şərikəm, – eyni hissləri, fəxarət hisslərini, onun Azərbaycan və Qırğız xalqlarının qardaşlıq yolunu davam etdirdiyimizlə bağlı hissləri keçirdik. Lakin Siz mənə hələ bir kitab da bağışlamısınız” Bu isə Azərbaycanın Prezidenti cənab İlham Əliyevin bizim əməyimizə verilən yüksək qiymətdir. Çünki həmin görüntülər bizim sifarişimizlə lentə alınan “İki Dahi Şəxsiyyət…” filmindən idi

Cənab Prezident İlham Əliyevun əlindəki albom və kitab bizimdir
Özünü kar, kor, görməməzliyə vuranlar üçün ip ucu verim: Prezidentlərin çıxışlarındakı dedikləri və Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycan prezidenti İlham Əliyevə təqdim etdiyi albom, kitab da bizə aiddir.

Bu da bir dəlil
Kitab tərcüməsi və nəşri böyük hadisədir. Karlar, korlar isə bizim nəşr etdirdiyimiz kitablar haqqında verdiyimiz məlumatları görmürdülər. Kitabın nəşr edildiyi haqda məlumati Diasporla iş üzrə Dövlət komitəsinin email ünvanına göndərirdim. Orta Asiya üzrə şöbənin əməkdaşı Elmira Hacıyeva bizim göndərdiyimiz məlumatı görmədiyini deyirdi. Mən də həmin məlumatı birbaşa onun vatsapına göndərirdim. Yenə də “görmürdü”, məndən məlumat gələn kimi gözləri kor, qulaqları isə kar olurdu. Amma dillərində tutuquşu kimi əzbərlədikləri vətənpərvərlik sözləri var idi. Bizim gördüyümüz 10 işdən birini saytlarında işıqlandırırdılar, qalanları isə görmürdülər.

İndi Fuad Muradovun bizə qarşı olan mövqeyi haqqında danışaq,
Bu il fevral ayının 22 də Mənə Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Elmira Hacıyeva zəng edərək dedi ki sizə Dünya Azərbaycanlılarının V qurultayında iştirak etməyiniz üçün bildiriş göndərmişik, Həmin bildirişə cavab verin. Emaili açıb, təcili bildirişə cavab verdim. Sonra mənə anket göndərdilər, şəkil istədilər, gəlmək və qayıtmaq tarixini istədilər, hamısını göndərdim. Diasporlarla əlaqəmiz var. Onlardan maraqlanırdım nə vaxt gedəcəklərini. Bilet göndərilib ya yox? Hamıya bilet göndərmişdilər, məndən başqa. Aprel ayının 6 da Elmira Hacıyevaya zəng elədim. O, mənə dedi ki indi sizinlə şöbə müdiri Vüsal Məmmədov danışacaq. Vüsal Məmmədov mənə, “sizin qurultayda iştirakınızı rəhbərlik ləğv edib”, dedi.
Komitədə özünü Fuad Muradovun köməkçisi kimi adlandıran Nəsirov Natiq deyilən bir fərd var, təcili ona zəng eləyib soruşdum: “Fuad Muradov mənim qurultayda iştirakımı niyə ləğv edib, axı deyirdin, müəllim hər daim sizin fəaliyyətinizlə maraqlanır?”. Natiq Nəsirovun cavabı mənə belə oldu: Burada müəllimlik bir şey yoxdur. Sizin qurultayda iştirakınızı Prezident Administrasiyasından Azərbaycanın Qırğızıstandakı səfirinin məktubi əsasında ləğv ediblər.
Əvvəlcə mən səfirliyə zəng elədim ki niyə belə ediblər. Onlar dedilər ki belə bir məktub yazmayıblar, sizi aldadırlar.
Azərbaycan Respublikası Prezident Administrasiyasına, müvafiq qurumun əməkdaşına zəng edib soruşdum ki mənim qurultayda iştirakım kimin marağına uyğun gəlmir? Mənə çox net şəkildə cavab verdilər: O qurultayın təşkilatçısı da, kimi dəvət edəcəyinə də, kimin dəvətini ləğv edəcəyinə də Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov özü qərar verir.

Ağalar, kiminsə məndən xoşu gələ də bilər, gəlməyə də bilər. Hamının bir-birindən xoşu gəlmək kimi bir öhdəliyi yoxdur. Ancaq bizim hamımızın ortaq bir dəyərimiz olmalıdır.
O dəyər isə, Fuad Muradov, bizim vətənimizə, xalqımıza, Prezidentimizə sevgimiz ola bilər. Amma bu məhəbbət pul çırpışdırmaq xatirinə boğazdan yuxarı yox, qəlbin lap dərinliyində olmalıdır. Həm də qarşılıqsız. Bu isə sizdə yoxdur. Əgər olsaydı həmin dəyərlər bizi birləşdirərdi
Tutaq ki səfir məktub yazıb, Prezident Administrasiyasında mənim adımı dəvət olunanlar siyahısından çıxarıblar. Onda bəs sən kimsən, Fuad Muradov, hanı bizim ortaq dəyərlərimiz? O, ortaq dəyərlərin xatirinə məni istəməyən Prezident Administrasiyasının əməkdaşı ilə mənim aramda sipər olmalıydın. Olmadın. Müdafiə eləməliydin məni, Etmədin. Eləmək istəmədin, Olmaq istəmədin! Ancaq diaspor rəhbərləri ilə gğrüş zamanı deyə bildin ki Dövlətin maraqları olan yerdə mən hətta atamın sözünə belə baxmıram. Nə qədər ucuz və bayağı sözlər. Əksinə, çalışdın intriqa yaradıb səfirlə məni qarşı qarşı qoyasan. Sənin bacarığın bundan artıq deyil. Ancaq intriqa yaratmağı, yalan danışmağı bacararsan. Budur sənin əsl xislətin.
Bizim kənddə bir kişi var. Bir gün onun yoldaşı xəncəl bişirir. Xəncəli yeyərkən həmin adamın yoldaşı ağzını marçıldada marçıldada yeyir. Əri yoldaşının başına əlindəki qaşıqla vurur. Yoldaşı ağlayaraq deyir ki axı məni niyə vurursan? Əri cavabında deyir ki yeyərkən ağzını marçıldadatdığına görə. Qadın xəncəli çox sakit, ehtiyatla və yavaş yavaş yeməyə başlayır. Bir az yeyəndən sonra əri əlindəki qaşıqla yenə qadının başına təkrarən vurur. Qadın deyir indiki ağzımı marçıldadatmıram, bəs niyə yenə vurdun? Əri deyir ki bayaq ağzını marçıldatdığın yadıma düşdükcə dəli oluram, ona görə. Mən də Fuad Muradovun elədiyi bu antimilli işləri yadıma saldıqca əsəbiləşirəm, dəli oluram. Ona görə də əlimə qələm alıb başlayıram onun etdiyi yaramaz hərəkətləri yazmağa.
İndi keçək bəzi diaspor fəallarımızın etirazlarına. Feysbuk səhifəsində təsadüfən qarşıma çox maraqlı bir statutus çıxdı. Statusun müəllifi Hollandiyada yaşayan çox fəal bir xanım diaspor üzvüdür. Həmin xanımın təhdid edilməsini özündə əks etdirən məsajın şəkli də paylaşılmışdı. Üstündən heç bir saat keçməmiş status həmin xanımın səhifəsindən silindi. Statusu olduğu kimi oxucularla paylaşıram: “Həm suçlu, həm güclü… sizin 3 il şəkərbura paxlava fəaliyyətinizdən fərqli olaraq, son 2 ildə 15 ilin işlərini gördüm.
– Rəqs edə edə getdiyiniz Xocalı soyqırımına aid olan nümayişdən fərqli olaraq, mən Xocalı şahidlərinin kitabını tərcümə etdim;
– Holland dilində Xocalıya Ədalət vebsayt yaratdım www.justiceforkhojaly.nl
– Xocalıya ədalət petisiyası hazırlandı, parlamentlə danışıqlar aparıldı və görüşə isə bizdən xəbərsiz gedib, Xocalı kitabını deyildə Kələğayı apardılar. DİDKdan açıqlama istədim, dedilər bizlik deyil səfirlik tapşırıq verib. Oynayın, həm də üç sifətli. Bir gün etdikləriniz yəqun ki üzə çıxacaq.
– 44 günlük vətən müharibəsi zamanı və sonra nazırlik və parlamentlə durmadan kontaktlar yaratdıq, Azərbaycanın haqq səsini holland ictimaiətinə çatdırdıq;
– yerli və beyməlxalq televiziya, radio və qəzetlərdə Azərbaycan həqiqqətlərini yaydım;
– 2020-2022 ci illər arası 80dən çox qazi, şəhid ailəsinə təmənnasız terapiya verdim. Bəzən gecə yatağımdan oyatdılar ki, qazi sui qəsd etmək istəyir. Canla başla etdim, lazım gəldə yenə də edərəm;
– Azərbaycanı 2017-ci ildə yıxıb sürüyən For Magazine-ni bizim haqqımızda pozitiv səda verəcək məqalələr yazmaq üçün razılaşdıq. Təssüf ki DİDK bunu maliyələşdirməklə başqalarımın adına yazdı
– Viran qalmış Ağdamdan Holland dilində film çəkdirdim və Holland dilli portalda yayımlandı
– Hələ 1993-2008 ci illərdə Azərbaycanda Qaçqın və məcburi köçkünlərlə ağır şəraitdə işlədiyim illərdəki fəaliyyət və nəaliyyətlərimi də demirəm.
İndi durub üstümə adam göndərib, sosial mediada artıq illərdir folaşan bir videonu paylaşdığıma götə məni bə yoldaşımı hədələyirlər. Elə bilirsiniz bilmirəm ki, bunu şəxsi konflikt zəmininə çevirib altından çıxmaq istəyirsiniz?
TROLLARDAN XAHİŞ ÖZÜNÜZ ÇIXIN DOSTLUQDAN!
Videoda nə ad çəkmişəm, nə də istinad etmişəm. Gedin Xocalı əhlindən üzr istəyin.
YALANDAN adımdan DİDK və Azərbaycanın Niderland Krallığındakı səfirliyinə də şaiələr deməyin.
Ya da bir geri baxın bura necə gəlmisiniz…
Utanın bir. Vaxtı ilə adından istifadə etdiyiniz şəhidin bacısıyam. Artıq susmayacam.”.
Xanımın paylaşdığı statusda 24 fevral 2020 ci ildə Berlində 26 fevralda keçiriləcək Xocalı soyqırımı tədbirində iştirak etmək üçün Hollandiyadan avtobusla çal çağırla gedən üzdəniraq diaspor üzvlərinin ifşası idi.

Bu da həmin xanıma qarşı olan təhdid məsajı. O xanımın adı və telefonu bizə məlumdur
Əgər şəhid bacısı olan fəal diaspora üzvü olan İlkanə xanımdan üzr istənilməsə adını və telefonunu ictimailəşdirəcəyəm
Diasporla iş üzrə Dövlət komitəsinin müraciətində xüsusi olaraq vurğulanır; “Aparılan sistemli və ardıcıl işin nəticəsidir ki, xaricdəki Azərbaycan icmaları vətənpərvərlik adı ilə manipulyasiya edən təsadüfi adamlardan təmizlənir, dövlətçilik maraq və mənafelərini hər şeydən üstün tutan insanların güc birliyinə çevrilir.” Müraciətdəki bu iddianın tam əksini başa düşmək lazımdır. Çünki Fuad Muradov diasporlarımızı vətənpərvərlərdən təmizləyir əvəzində isə təsadüfi, özü ilə şərik olan yalançı, pozğun və farsbaşları diasporaya gətirir.
“Təbliğat işlərinin, keçirilən etiraz piketlərinin mahiyyətinə kölgə salmaq istəyən, düşmən dəyirmanına su tökən bəzi “vətənpərvər” müxalif qüvvələr çirkin məqsədlərini yenidən ortaya qoyur, sosial mediada heç bir faktoloji əsası olmayan məlumatlar yaymaqla həmvətənlərimizi yanıltmağa, dövlətimizin beynəlxalq arenadakı uğurlarına xələl gətirməyə çalışırlar. Bununla da Azərbaycan dövlətinə qarşı aparılan çirkin kampaniyaların iştirakçısına çevrilirlər.” Tutalım Fuad Muradovun müraciətdə tutuquşu kimi əzbərləyərək dediyi bu sözlər doğrudur. Ağayi Fuad onda bu videoda göstərilən görüntülərə cavab verin. https://www.youtube.com/watch?v=t0RAVvGua-8
Əziz oxucu, Ağayi Fuad bu vudeodakı görüntülərə cavab verməsə sizin öhdənizə buraxıram. Nəticəni deyin, kimdir düşmən dəyirmanına su tökən müxalif qüvvə?
Manipulyasiya edərək Dövlətimizi, Prezidentimizi aldatmağa çalışan isə sənsən, aöayi Fuad Muradov. Dəfələrlə tələb eldik ki televiziya kanallarının birində suzunlə canlı debata çıxaq. Yenə gözə kül üfürərək guya canlı debat təşkil elədin. Öz əməkdaşın olan bir trola sual verdirdin. Debata qoşulmaq üçün isə bizim telefonlar cavabsız qaldı.
Bu da sizə növbəti fakt: “Diaspor Komitəsi ilə bağlı daha bir faktı paylaşıram .
Asan radioda Fuad Muradov çıxış edir, Komitənin Avropa şöbəsinin əməkdaşları Elvin Əsgərov və Könül Əliyeva başqa ad soyadla cənab sədrlərinə hazırlanmış suallar verirlər .
Elvin Əsgərov efirə Emil Quliyev adı ilə çıxır. Buyurun dinləyin, şərhlər sizdən ( Elvin Emilin sualını dinləyin)
PS. Arzu edərdim ki, belə oyuncaq efirlərə hörmətli mediamız birdə alət olmasın. (Fuad Muradova verilən sualı buradan dinləmək olar)
https://www.facebook.com/100003685635569/videos/1161491224775909/
(Bir diaspor fəalının feysbuk səhifəsindən götürülüb)
Əziz dostlar ağayi Fuad Muradovun yaratdığı diasporlar bundan artıq heç nəyə layiq deyillər. Düşünürük ki Fuad Muradov bunları məqsədyönlü şəkildə edir. Prezidentimizin xaricdəki dayaqlarını zəiflətməyə və Prezidentmizin Beynəlxalq aləmdə artan nüfuzuna kölgə salmağa hesablanıb onun əsas fəaliyyəti.
Daha sonra müraciətdə deyilir: “Məlum olduğu kimi, noyabrın 15-də Fransa parlamentinin yuxarı palatası olan Senat Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan bədnam qətnamə qəbul edib. Noyabrın 28-də isə hakim partiya nümayəndələrinin təqdim etdiyi bu qətnamə Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyada müzakirəyə çıxarılacaq”.
Növbəti araşdırmamızda Fuad Muradovun çirkin məqsədlərini yenidən ortaya qoyduğunu sübut etməyə çalışacağıq.
Əvvəlcə İlhan Aşkinin kim olduğunu onun özünün yazdığı statusla xaraktirizə edək. İlhan Aşkin Hollandiyada Dövlət sosial fondundan aldığı yardımla yaşayan Türkiyəni və Azərbaycanı sevməyən bir şəxsdir. İstinad etdiyim sənəd onun özünün paylaşdığı statusa söykənir

Dövlət Sosial fondunun yardımı ilə yaşayan bir şəzs sizcə hər hansı bir tədbiri maliyələşdirə bilərmi?

Farid Amiraliyevin isə kim olduğunu, Hollandiyaya necə gedib çıxdığını araşdırmaq lazımdır. O zaman Ağayi Fuad Muradovun yaratdığı “Vətənpərvərlər” ordusu üzə çıxar

Çox üzücü faktdır ki Ağayi Fuadın təkidi ilə Noyabrın 28-də hakim partiya nümayəndələrinin təqdim etdiyi qətnamənin Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyada müzakirəyə çıxarılmasına etiraz üçün Hollandiyadan heç kəs getmək istəmir. İş o yerə çatıb ki təşkilatçılar bir birinə səsli məsaj göndərirlər ki, “Gedib gəlmək xərci bizdən, hoteldə qalmaq xərci də bizdən, gedib orada bir-iki saat bayraq yelləyib gedərik alış verişə, sonra da qayıdıb gələrik”? Rəzalət! Biabırçılıq. Ağayi Fuad niyə diasporumuzu bu hala saldın? Səs yazısı məndə var, lazım gəldikdə paylaşacağam. Biz tədbir keçirəndə çağrılmayanlar bizdə küsürdü. 2007 və 2008 ci illərdə Ulu öndər Heydər Əliyevin 84 və 85 illiyənə 850 nəfərlik Opera və Balet teatrına 1500 dən, 1250 nəfərlik Dövlət filarmoniyasına 2000 yaxın adam yığmışdıq. Buardan izləyə bilərsiniz:1. https://www.youtube.com/watch?v=icg4dox3jSg
2. https://www.youtube.com/watch?v=ipa9EF6lOBI&t=8s
Əzbərlədiyi gəlişi gözəl sözlərlə Dövlətimizi, Prezidentimizi aldatmağa çalışmaq lazım deyil Fuad Bazirqau nəvəsi. Bunu etməyə sizə imkan verməyəcəyik.
Fransada 70 min Azərbaycanlı, 900 mindən çox türk yaşayır. Ermənilərin isə cəmi sayı 750 minə yaxındır.
Bildiyiniz kimi 15 iyun 2021-ci il tarixində, Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının  Prezidenti cənab   Rəcəb Tayyib Ərdoğan Azərbaycan və türk dillərində olmaqla iki əsl nüsxədə Bəyənnamə imzalamışlar.
Həmin Bəyənnaməyə görə, müxtəlif ölkələrdə yaşayan Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, onların məruz qaldıqları ümumi problemlər qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi məqsədilə səylər birləşdiriləcək.
Bu məqsəd Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində ifadə olunub.
Sənəddə qeyd olunur ki, tərəflər ölkələrinin təqdim edilməsi və milli mənafelərinin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diasporal fəaliyyətin əlaqələndirilməsini və qarşılıqlı dəstəyi təşviq edəcəklər.
“Tərəflər Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin təhrif olunması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhə və sabitliyə ziyan vurduğunu vurğulayaraq bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz arxivlərini açan Türkiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərini qətiyyətlə dəstəkləyirlər”, – deyə Bəyannamədə vurğulanır.
Beləliklə əgər Ağaqyi Fuad Muradov səmərəli fəaliyyət götərsəydi Şuşa bəyənnaməsinin bu müddəalarına əsaslanaraq Fransada yaşayan bir milyonluq türk və Azərbaycan icmasından heç olmasa min nəfər mitinqə çıxara bilərdi, Başqa dövlətlərdən mitinq üçün avtobusla kefkomları daşımağa ehtiyac qalmazdı.
Sonda onu da qeyd edim ki Ağayi Fuad Muradov nəzərinizə çatdırım ki biz etdiklərimizin hamısını öz şəxsi maliyəmiz hesabına edirik, siz isə Dövlətimizin büdcəsini talayaraq. Aramızdakı bu fərqləri heç zaman unutmayın. Bizim etdiyimiz işlər isə sizin dövlət büdcəsindən maliyələşən qurumun içindən dəfələrlə çoxdur. Yenə də təkrarən sizi istədiyiniz televiziya kanalına canlı debata səsləyirəm, ictimaiyyət qarşısında siz də hesabat verin, mən də.
Əgər sizin bizdən çox və effektli işlər gördüyünüzü sübut edə bilsəniz bir daha Diasporla iş üzrə Dövlət komitəsinin sədri ağayi Fuad Muradovu tənqid etməyəcəyimə söz verirəm.

Nüsrət Məmmədov

Share: