“Fuad Poladov bezmişdi, deyirdi, ölüm tez gəlsin”

“Fuad Poladov bezmişdi, deyirdi, ölüm tez gəlsin”

“Fuad Poladovla ömrünün son günlərində çox yaxın idik. İlk televiziya layihəm olan Mehriban Ələkbərzadənin “Cəza” filmində tanış olduq. Onun yanında adam tir-tir əsirdi. Sonuncu birgə layihəmiz “Mələyin öpüşü” idi. Filmdə tərəf müqabili olduq. O vaxta qədər biz artıq dostlaşmışdıq. Dərdimizi bölüşürdük. Çox unikal bir insan idi”.

Kulis.az xəbər verir ki, bu sözləri Əməkdar artist Münəvvər Əliyeva “Ötən günlər” verilişində deyib. Mərhum Xalq artisti Fuad Poladovdan bəhs edən aktrisa onun həyatının son anlarından danışıb:

“Son zamanlarında tez-tez telefonla danışırdıq. Həmin vaxtlar keçirtdiyi ağrıları onunla bir hiss etdim. Son telefon danışığında onun necə mərdcəsinə ölümü gözlədiyini, bezdiyini gördüm. Deyirdi, kaş ölüm tez gələrdi. Mən də eyvanda oturub onun ölümünü hiss edirdim. Fuad Poladov böyük şəxsiyyət, çox vicdanlı insan idi. Bu insanda eqo görmədim, “mən-mən” eşitmədim”.

Qeyd edək ki, F. Poladov 2018-ci ildə xərçəng xəstəliyindən vəfat edib.

axşam.az

Share: