Ötən gün dünyasını dəyişən Xalq artisti Azər Paşa Nemətovu tənqid edənlər biri də aktyor Kamran Yunis olub.
Kulis.az xəbər verir ki, sənətçi feysbukda bununla bağlı paylaşım edərək qeyd edib:
“O da öldü… İndi kim mən, mən, mən deyəcək? Bəlkə də belə yazmaqda haqsızam, amma elə yaşayaq ki, rəhmət deyənlər çox olsun”.
İzləyicilər tərəfindən tənqid edilən aktyor yazılanlara reaksiya verərkən mərhum Xalq artisti Fuad Poladovun Akademik Milli Dram Teatrından getməsini xatırladaraq qeyd edib:
“Fuad Poladovu teatrdan uzaqlaşdıran və ya son zərbə vurana mənim kitabımda sayqı yoxdur. Hələ teatrdan qovduğu həqiqi istedadlı gəncləri sadalamıram: İlham Hüseynov, Hikmət Rəhimov, Murad İsmayıl… Bu gənclər hərəsi bir teatrdır. Ustadınızdır, gedin yas tutun. Mənim dəyərlər sistemim belədir”.
Qeyd edək ki, Fuad Poladov vaxtilə Akademik Milli Dram Teatrının direktoru ilə yaşadığı mübahisəyə görə oradan uzaqlaşıb.