Fuat Oktaydan İmamoğlu açıqlaması

Fuat Oktaydan İmamoğlu açıqlaması

“İstanbul Böyükşəhər Bələdiyyə sədrinin məhkəmədə aldığı hökmə əsasən həm ictimaiyyətdə, həm də Məclisdə məsələnin özü ilə heç bir əlaqəsi olmayan bir gündəm qurmağa çalışıldığını gördük”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay İstanbul Böyükşəhər Bələdiyyə sədri  Əkrəm İmamoğlu barədə çıxarılan həbsi qərarı ilə bağlı danışan zaman deyib.

O, bildirib ki, Türkiyə konstitusiyasının “Məhkəmə Hakimiyyəti” adlı 9-cu maddəsində məhkəmə səlahiyyətini türk milləti adından müstəqil və tərəfsiz məhkəmələr həyata keçirir.

“Məhkəmə qərarlarının arxasında “siyasi səbəb” axtarmaq “siyasi axmaqlığın” özüdür. Müxalifətin içində prezidentliyə namizədlik mübarizəsi üçün bu məhkəmə qərarından alət kimi istifadə olunması tragikomik görüntüdür”, – Fuat Oktay əlavə edib.


Share: