Yaponiyada “Fukusima-1” Atom Elektrik Stansiyasının yaxınlığında yeni evlərin inşasına başlanılıb və evakuasiya əmri ləğv edilib.
Həmçinin hələ 2011-ci ildə Atom Elektrik Stansiyasının yaxınlığında yaşayan sakinlərə öz evlərinə qayıtmağa icazə verilib.
Hökumət qurumları vətəndaşları əmin edib ki, artıq ərazi yaşayış üçün əlverişlidir.
Xatırladaq ki, 2011-ci ilin martın 11-də Yaponiyada baş verən zəlzələdən sonra zədələnən “Fukusima-1” Atom Elektrik Stansiyasında partlayış olub, radiasiya sızması təhlükəsi yaranıb.
Mənbə: Mk.ru