İngiltərədə həvəskar komandanın futbolçuları və azarkeşlər oyundan sonra hakimi döyüblər. Hadisə Londonda Türkiyə ictimaiyyəti Futbol Federasiyasının təşkil etdiyi çempionatın final oyununda baş verib.
Müstəqil.Az xarici mətbuata istinadən xəbər verir ki, oyun yekunlaşandan sonra oyunçular və fanatlar hakimin üzərinə hücum çəkərək yerə yıxıb və döyüblər.
Polis hadisəyə müdaxilə edənədək, hakimi döyənlər hadisə yerindən qaçıb.
Polis və London Futbol Assosiyası hadisəni araşdırır.