Füzuli rayonunda 20 Yanvar hadisələrinin 33-cü ildönümü dərin hüznlə yad edilib.
“Qafqazinfo” xəbər verir ki, Füzuli RİH-nin, YAP Füzuli rayon təşkilatının, rayon hüquq mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri 20 Yanvar qurbanlarının əziz xatirəsini yad etmək məqsədilə şəhidlər abidəsini ziyarət edib, abidə önünə qərənfillər düzüblər.
Saat 12:00-da bütün rayon ərazisində bir dəqiqəlik sükutla şəhidlərin əziz xatirəsi dərin hüznlə yad edilib.