Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın əmrilə Osmanlı əleyhinə yazılmış kitab tədris planına daxil ediləcək.
Müstəqil.Az xəbər verir ki, Səudiyyə məktəblərində tədris ediləcək “Sosial işlər və vətəndaşlıq” adlı dərs kitabında 18 və 19-cu əsrlərdə qurulan birinci və ikinci Səud dövlətləri təriflənib. Kitabda Osmanlı dövləti pislənilib və “işğalçı qüvvə” adlandırılıb.
Sözügedən kitabda 1228-ci ildə (hicri) baş verən Türbə qarşıdurmasından bəhs edilən hissədə Osmanlı İmperiyasının məğlub olduğu və Səudiyyənin müharibədə qalib gəldiyi qeyd edilib.