“ABŞ bu həqiqəti kar qulaqlarına sırğa etsin: İlham Əliyev Paşinyan deyil!”
Bəli. Zaman yetişdi. Hətta o məqama qədər yetişdi ki, artıq həddini bilməyən bütün buqələmunların, riyakarların, xəyanətkarların ünvanı kvartalına, binasına, blokuna, mənzilinə qədər dəqiq göstərilməlidir!
Üstəlik, aydın olan budur ki, Qərb deyib keçdikcə, abstrakt danışdıqca, bütün yaramaz icraatların başında ABŞ-nin dayandığını açıq formada söyləmədikcə qarşımızdakı düşmən daha da aqressivləşir, bütün qırmızı xətləri keçir və özünü sözün gerçək anlamında “axırıncı yola” qoyur!
Dünyanı labirint halına gətirən, yüz illər boyunca öz məkrli siyasətini həyata keçirməyə çalışan Amerika indi də Azərbaycanı növbəti hədəfləri içində görməkdə, bizlərə qarşı qərəzli fəaliyyət planı həyata keçirməkdədir. Və söhbət o Amerikadan gedir ki, 30 il boyunca torpaqlarımız işğal altında ikən cınqırığını da çıxarmayıb, ATƏT-in Minsk Qrupunun həmsədri kimi səssiz qalıb, turist moduna girib, yetərincə təsir imkanı olan BMT-nin qarşısında qətnamələrin icrası üçün tələb qoymayıb, Ukraynaya verdiyi dəstəyin yarımca faizini Azərbaycana verməyib, demokratiya adı altında bütün dünyanı daş-qalaq edib, “Soros”a oksigen verib, FETÖ-nu dünyaya gətirib, İŞİD-in surraqat anası olub!
Veriləsi suallar, deyiləsi sölzər isə“n” qədərdir.
Məsələn. Sənin üçün insan haqları və ümumilikdə bəşər insanının taleyi bu qədər maraqlıdırsa, o zaman ölkəsində hər şeyi öz vətəndaşına az qala pulsuz peşkəş edən Qəddafi niyə linç olundu, Səddam niyə asıldı?
Nüvəni dünya tarixində ilk və son dəfə kim atıb, ay Amerika? Özün. Və başqa heç kim. Amma İraqı nüvə ittihamı ilə məhvə sürüklədin, 1 milyon insanı qətl etdin və axırda da həmin nüvəni tapammadın.
Alver predmeti sonucunda ələ keçirdiyin Çauşeskunun devrilməsini indiyə qədər demokratiya təntənəsi kimi qələmə verirsən. Amma bir həftə əvvəl Rumıniyada keçirilən sorğunun nəticələrinə nəzər yetir. Yetir və utan! Əhalinin düz 79, 8 faizi Çauşesku dövrünə qayıtmaq istəyir və “əgər xanımı ilə bərabər güllələnən liderimiz sağ olsaydı səsimizi ona verərdik” – deyir.
Daha bir sorğu isə Liviyada keçirilib və gizlin səsvermədə əhalinin nə az-nə çox, düz 99 faizi növbəti Prezident kimi Qəddafinin oğlunu görmək istədiklərini bildiriblər.
Gətridiyin, bəxş etdiyin demokratiya bax budur, əlahəzrət Amerika!
***
Türkiyəni 2016-cı ildə İraqın, Liviyanın gününə salmaq üçün nəinki əlindən gələni, hətta gəlməyəni belə etdin. Qoca Fətullahın əli ilə oyun oynadın. Planlı çevriliş düzənlədin. Mediada, dövlət müəssisələrində, hərbi qurumlarda uzun illər boyunca yetişdirdiyin agentlər vasitəsilə hücuma keçdin, dünyanın 3-cü gücü kimi meydana çıxan bir ölkəni gec olmadan sıradan çıxarmağa çalışdın. Amma Ərdoğana gücün çatmadı. Türk dünyasının böyük lideri sındırdı səni. Diz üstə çökdürdü. Məhv etdi. Səni də, qotur Fətullahını da.
Və bu, ilk böyük fiaskon idi!
İndi isə gözün yeni ov axtarır. Paşinyan əl uzadıb deyə sevincək olmusan. Elə bilirsən, biz də Ermənistan-filanıq. Ona görə qarmaq atırsan. Öz aləmində qətnamə çıxarmaqla, mənasız Senat müzakirələri ilə, satın aldığın Qubad tipli siyasi bomjların müdafiəsi üzərindən Azərbaycana təsir etməyə çalışırsan. Fəqət, paralel xətdə çox vacib məqamı unudursan: Seçdiyin metodlar, sərgilədiyin təzyiq vasitələri Azərbaycan üçün ağcaqanad vızıltısı effektindən o yana məna kəsb etmir. Yəni, heç kimsən bizim üçün. Yoxsan. Havasan. Məchulsan. Sabun köpüyüsən. Üstəlik, bir həqiqəti də kar qulaqlarına sırğa elə: İlham Əliyev Paşinyan deyil. İlham Əliyev sənin gözünə Paşinyan kimi görünməsin. İlham Əliyevi Paşinyan qədər həfifə alma.
Möhtərəm və möhtəkirin fərqini gec olmadan anla…
Elşən Musayev, Milli Məclisin deputatı.