Gələcəkdə Yaşamaq Üçün Dondurulan İnsanlar və Onların Dondurulma Prosesi

Texnologiya ilə birlikdə hər gün tibb də irəliləməyə və həyatımızı daha yaşanabilən hala gətirməyə davam edir. Günümüzdə bir çox xəstəliyin müalicəsi artıq var. İndi isə, alimlər müalicəsi olmayan xəstəliklərdən ölən insanları müalicəsi tapıldığında yenidən dirildib həyatlarını davam etdirmələri üçün yollar axtarır.
Keçən il Arizona Universitetindən maraqlı bir açıqlama edildi. Dr. Peter Rhee öz açıqlamalarıyla bir çox elm adamları tərəfindən inkar edildi, bundan əlavə ona qarşı çıxan din adamları kütləsi də var idi. Dr. Rehee-nin etdiyi açıqlamaya görə “ölü” diaqnozu qoyulan insanların inkişaf etdirilən bir üsulla yenidən həyata qaytarılacağını demişdi. Elmi-fantastikanı xatırladan bu açıqlamaların ardınca Maryand Universiteti araştırmaçılarından Samuel Tisherman da müxtəlif heyvanlar üzərində apardıqları təcrübələrin uğurlu nəticələr əldə etdiyini söylədi. Eyni araşdırmanı insanlar üzərində apara bilmk üçün etik razılıqlar əldə edilməsini gözlədiklərini bildirdi.

Həkimlərin dediyinə görə heyvanlar üzərində aparılan təcrübələrdə vücuda qan verildikdən sonra bədən bənövşəyi rəng alır. Bir-iki gün sonrasında isə normal həyatlarına qayıdırlar. İlk dondurma prosesi 1977-ci ildə həyata keçirilmişdi. İndi isə 230 cansız bədən günlərin birində yenidən həyata qayıtmağı gözləyir. Dondurma prosesini dəstəkləyənlərin ən böyük təmsilçilərindən biri isə Dr. Paul Segal öz itini dondurmuş, 70 dəqiqə sonra təkrar bədəninə qan köçürərək onu həyata qaytarmışdır. Nəticə olaraq it həyatını davam etdirir. Amma həqiqətən də itin ölüb ölmədiyi məsələsində şübhələr də mövcuddur.

Dondurma Prosesi Necə Həyata Keçirilir?

Dondurma Prosesi Necə Həyata Keçirilir?

1) Dondurulacaq şəxs ya da xəstənin beyin fəaliyyətlərinin dayanmış olması, bir müddət onun vücudunun çürüməməsi lazımdır. Yəni fərdin texniki olaraq ölməsi lazımdır.

1)  Dondurulacaq şəxs ya da xəstənin beyin fəaliyyətlərinin dayanmış olması, bir müddət onun vücudunun çürüməməsi lazımdır. Yəni fərdin texniki olaraq ölməsi lazımdır. Amma Dr. Rhee-yə görə həmin adamın ölümünün üzərindən 2 saat keçsə, həmin adam həyata qaytarıla bilməz.

2) Dondurma prosesi bədəndəki istilik 10-15 dərəcə arasına düşdüyündə başlayır. Bu şəkildə həkimlər özləri üçün lazımlı vaxtı əldə edib prosesə başlayırlar.

2) Dondurma prosesi bədəndəki istilik 10-15 dərəcə arasına düşdüyündə başlayır. Bu şəkildə həkimlər özləri üçün lazımlı vaxtı əldə edib prosesə başlayırlar.

3) Öldüyü qəbul edilən insanın vücudundan qanı çəkirlər.

3) Öldüyü qəbul edilən insanın vücudundan qanı çəkirlər. Qan vücuddan çəkildikdəən sonra damarlara duzlu solution (məhlul) vurulur. Bu prosesin məqsədi vücud öldüyü üçün artıq qana ehtiyacı olmamağıdır. Vücudu ən sürətli soyutma yolu isə duzlu məhluldur. Bu proseslərlə birlikdə vücud istiliyi -50 dərəcəyə qədər düşə bilir.

4) Proseslərin ardınca bədən əvvəlcə yuxu çadırına, ardından da xüsusi bir qutuya yerləşdirilir.

4) Proseslərin ardınca bədən əvvəlcə yuxu çadırına, ardından da xüsusi bir qutuya yerləşdirilir.

5) Bədənin soyuq qalmasını təmin etmək üçün üzərinə quru buz qoyulan qutunu sonra içərisində maye nitrogen olan polad çəlləyə qoyulur.

5) Bədənin soyuq qalmasını təmin etmək üçün üzərinə quru buz qoyulan qutunu sonra içərisində maye nitrogen olan polad çəlləyə qoyulur. Bir həftə sonra isə vücud tempratru -196 dərəcəyə qədər düşür. Dondurulmuş bədənlər hər gün yoxlanılaraq əskikliklər aradan qaldırılır.

Bədənə edilən bu cür tətbiqin verəcəyi nəticələr indi elm dünyasını maraqlandırır. Əgər mümkün ola bilərsə, bir çox xəstəliyin də çarəsi tapılacaq və hətta bəziləri bunu sonsuzluğa qədər yaşamaq üçün bir yol olaraq da görürlər. Amma dondurulan insanlar oyandıqlarında yaddaşları eyni qalacaqmı? Xarakterləri, düşüncələri, vərdişləri və hətta hissləri eyni olacaqmı? Bu sualların cavabını yəqin ki, dondurulmuş ilk insan yenidən oyananda biləcəyik.

 mənbə:Kenquru.az

Share: