Gələn il bədən tərbiyəsi və gənclər siyasəti xərcləri 71 milyon manata çatdırılacaq

Gələn il bədən tərbiyəsi və gənclər siyasəti xərcləri 71 milyon manata çatdırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 71 milyon manatı və yaxud 0,2%-i bədən tərbiyəsi və gənclər siyasəti xərclərinin payına düşəcək.

Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 54,3% çoxdur.

Bədən tərbiyəsi və gənclər siyasəti xərcləri mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinin 12,3%-ni təşkil edəcək.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.

Share: