Gələn il iki yeni stansiya arasında mobil şəbəkəyə əlçatanlıq təmin olunacaq.
Bunu “-Economics”ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov deyib.
O bildirib ki, “Bakı Metropoliteni”nin demək olar ki, bütün stansiyalarında hər 3 operator üzrə mobil şəbəkəyə çıxış imkanı var: “Lakin yeni istismara verildiyi üçün metronun “Xocahəsən” ilə “Avrovağzal” stansiyaları arasında mobil şəbəkəyə tam əlçatanlıq təmin olunacaq”.