Məktəblərdə “Qarabağ tarixi” fənni keçirilir. Növbəti ildən bu fənnin “Qarabağın zəfəri” adı altında IX sinif şagirdlərinə tədrisi nəzərdə tutulur”.
Oxu.Az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib.
“Dərsliklər vasitəsilə Qarabağın tarixi, Azərbaycanın 90-ci illərin əvvəllərində üzləşdiyi və hansı səbəblərə görə Qarabağı itirməsi məsələsi, həmin dövrün ictimai-siyasi vəziyyəti, eyni zamanda danışıqlar prosesi, Azərbaycan ordusunun qazandığı zəfər öz əksini tapacaq”, – deyə nazir əlavə edib.