Gəlin və 11 rəfiqəsi toy günü öldü-FACİƏ


Nigeriyada toy faciə ilə bitib.

Müstəqil.Az vesti.ru-ya istinadla xəbər verir ki, gəlin daxil olmaqla 11 nəfər həlak olub.

Gəlinin rəfiqələrini daşıyan sürücünün sürət həddini aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtomobil şlaqbauma girib. Yerli polisin nümayəndəsinin bildirdiyinə görə, hadisə yerində 8 qadın keçinib, daha üçü isə xəstəxanada dünyasını dəyişib.

Qəza nəticəsində 4 nəfər yaralanıb

Share: