Gəmi aşbazı: – Kulinariya bir elimdir, hətta  zərgər dəqiqliyi tələb edən bir  elmdir

Gəmi aşbazı: – Kulinariya bir elimdir, hətta  zərgər dəqiqliyi tələb edən bir  elmdir

Ramil Minqaliyev  “Kaspian Katrinq” MMC-nin aşbazıdır. AXDG QSC XDND idarəsinin “İsrafil Hüseynov” gəmisində aşbaz vəzifəsində çalışır. “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin qrup səhifəsində hazırladığı yemək və salatların çeşidlərindən etdiyi paylaşımlarla həmişə diqqət çəkib. Oxucularımızın maraqlarına səbəb olan, sənətinə olan marağı ilə diqqət çəkən Ramillə Müstəqil.Az-ın oxucuları üçün söhbət etdik 

-Ramil istərdik özün haqda oxucularımıza məlumat verəsən.

– 1987 – ci ildə Bakı şəhərində, Suraxanı qəsəbəsində anadan olmuşam. Orta məktəbə getmişəm, orduda xidmət etmişəm, çaləşmışam harda oluramsa olum, fərqlənim, öhdəmə düşən işi bacarıqla yerinə yetirim.

-Sənin “DSD” İB nin feysbukdakı qrup səhifəsində etdiyin paylaşımlar diqqət çəkir. Görünür sənətinə maraq daha erkən yaşlarından olub. Aşbaz sənətinin sirlərini kimdən öyrəndin, bu sənətə maraq haradan yaranıd?

– Boş vaxtım olduqca əl işlərimi “DSD” İB nin feysbuk səhifəsindəki qrupda paylaşıram. Düz, deyirsiz, mən öz sənətimi çox sevirəm. Deyim ki uşaq vaxtlarımdan mənim bu işə marağım olub. 2006-ildə men Şıxovda yerləşən 4 ulduzlu oteldə aşbaz köməkçisi kimi işə düzəldim. Həmin otelin baş aşbazı Almaniyadan idi. O, mənə isti yeməklər salatlar, şirniyyat, müxtəlif növdə çörəklər və mətbəxin sirlərini öyrətdi. Həmin oteldə ondan başqa bir neçə nəfər də əcnəbi aşbazlar çalışırdı. Mən onlardan Avropa mətbəxini öyrəndim. 5 il orada çalışdıqdan sonra otelin müdürü məndə işimə olan marağı və özümün də fontaziyamı görüb, məni otelin həm restoranına, həm də ki mətbəxəinə “supü=er vayzer” təyin etdi. O, oteldə düz 10 il çalışdım.

– Kulinariya da bir elmdir. Azərbaycan kulinaristləri daima Beynəlxalq yarışmalarda, sərgilərdə iştirak edib, birinciliklər qazanıb. Sən həmin kulinariya ilə bağlı olan cəmiyyətin üzvüsənmi və bu haqda nə deyə bilərsən

– Bəli, kulinariya doğurdan da bir elimdir, hətta şəkinmədən deyərdim ki, zərgər dəqiqliyi tələb edən bir sənət, elmdir. Təəssüf ki, yarışmalara, sərgilərə qatılmamışam. İşimlə bağlı heç cür alındıra bilməmişəm.

– Gəmidə aşbaz vəzifəsində çalışırsan, bu bacarıqla ən yaxşı restoranlarda da işlyə bilərdin, dənizə maraq haradann yarandı? Yoxsa sahildə rəqabət böyükdür, özünü bir aşçı kimi göstərmək çətin olardı…

– Yuxarıda qeyd etdiyim kimi oteldə, otelin restoranında 10 çalışmışam. Sonra ailə vəziyyətimlə bağlı Ukraynaya köçdük, ordan qayıdandan sonra gəmidə işə düzəldim. “Caspian caterinqdə” nəzarətçi vəzifəsində calışmağa başladım. Xeyir, mən rəqabətdən çəkinmirəm, özümə, bacarığıma güvənirəm.

– Gəmi heyyəti səni digər aşbazlarla müqayisə edirmi?

– Mən hər kəsin fikrinə hörmətlə yanaşıram, mənim  və hazırladığım yeməklər və salatlar haqda fikirləri müsbətdir.

– Bəs Ərzaq təminatınızı hansı Ketrinq idarəsi edir?

– Ərzaəımızı “Caspian caterinq” idarəsi təmin edir.

 -Dəfələrlə digər dənizçilərin sənin bişirdiyin xörəklərələ bağlı paylaşıəmlarınızı görüb,  təbliğ edib dəyər verirlər. Həm də öz gəmilərində belə yeməklərin bişmədiyinə görə ərzaq təchizatını günahlandırırlar. Sənə bütün bunlar ərzaqdan aslıdır,  yoxsa aşbazın peşəkarlığından?

– Bəli,  dənizşilərin rəylərini oxumuşam. Aşbazın peşəkarlığı mühümdür, əlbəttə ki, ərzaq da muhum rol oynayır.

– Özünün ideyan olan hər hansı yemək yaxud salat nümunəsi varmı? Varsa necə adlanır və həmin salata müəlliflik hüququ almısanmı?

-Bəli, özümün müəllifi olduğum və ideya verdiyim bir neçə  bir nece örək və salatlar var, amma hələki onlara müəlliflik hüququ almamışam.

– Sənin yeməyinin şəkillərini görmüşük, dadını, tamını necə hiss edək?

– Siz sağ olun, mənim hazırladığım və paylaşdığım əl işlərimə maraq və dəyər göstərirsiz. O ki qaldı yeməklərin tamına, inşallah gəmimizə qonaq gələrsiz.
Söhbətləşdi: Faiq Balabəyli

 

Share: