Əziz Dənizçilər! Artıq Koronovirus özünün çirkli barmaqlarını bizim də sıralarımıza uzada bildi.
Müstəqil.Az xəbər verir ki, bu sözləri Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin sədri, gəmi kapitanı, şair Faiq Balabəyli İctimai Birliyin eyni adlı səhifəsində paylaşıb.
O, qeyd edib ki, AXDG QSC XDND idarəsinin “Qurban Abbasov” gəmisinin kapitanı Məmməd Babayev və DND -nin AK.Həsən Əliyev gəmisinin kapitanının Baş köməkcisi İsmayilov Tofiq məlum xəstəlikdən Allahın rəhmətinə qovuşub.
Dənizçilərə Sosial Dəstək İB-yi olaraq bütün xalqımıza səbrli və dözümlü olmağı, amansız xəstəliklə mübarizə aparmağı arzulayırıq, deyən birlik sədri dünyasını dəyişən dənizçilərin yaxınlarına Allahdan səbr, hazırda müalicə olunan dənizçilərə isə tezliklə şəfa tapmalarını diləyib.
Müstəqil.Az