AXDG QSC -nin gəmilərində ərzaq təminatı ilə bağlı idarə və “Qrant Ketrinq” QSC-nin rəhbərliyinin görüşləri keçirilir. Şikayət və təkliflər dinlənilir.
Müstəqil.Az “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinə istinad edərək xəbər verir ki, bu gün XDND-nin limanbazada dayanan gəmilərində növbəti idarə rəhbərliyinin növbəti görüşü olub.
XDND idarəsinin rəisinin birinci müavini Məqsəd Fərhadov və “Qrant Ketrinq” QSC-nin müdüri Mahir Musayev, eləcə də XDND-nin digər rəsmu nümayəndələri görüş zamanı üzən heyyətlə gəmilərə verilən ərzağın keyfiyyəti, təminatı ilə bağlı söhbət edib, təklif və şikayətlər dinlənilib, ərzaq təminatının daha yaxşı olması üçün fikir mübadiləsi ediblər.
Rəis müavini və çöbə müdürləri səvviyəsində keçirilən görüşdə bildirilib ki, bütün bunlar AXDG QSC-nin sədri Rauf Vəliyevin bir başa göstərişi ilə həyata keçirilir. Gəmilərdə ərzaq təminatının daha yaxşı, ərzaq çeşidlərinin müxtəlifliyi, mövsümü meyvə və tərəvəzlərin, quru qidaların və süd məhsullarının, eləcədə ət məhsullarının keyfiyyətinin yaxşılaşdırılması günün əsas tələblərindəndir. Əgər gımilərimizi ərzaq təminatı ilə təmin etməni üzərinə götürən tərəfin gördüyü iş qənaətbəxş olunmazsa, başqa firma ilə tərəf müqabili kimi müqavilə bağlanması, zərurətinin də yaranacağı dənizçilərimizin nəzərinə çatdırılıb.
Müstəqil.Az