Gəmilərin Qara dənizə çıxışı üçün marşrut dəyişdirildi

Gəmilərin Qara dənizə çıxışı üçün marşrut dəyişdirildi

Rusiya hərbçiləri xarici gəmilərin Ukraynanın Qara dəniz limanlarını tərk edə biləcəyi humanitar dəhlizin uzunluğunu dəyişib.

Müstəqil.Az xəbər verir ki, bu barədə Rusiyanın Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev məlumat verib.

Mizintsevin sözlərinə görə, bu addım xarici gəmilərin Odessa, Nikolayev, Çernomorsk, Xerson, Oçakov və Yujnı limanlarından açıq dənizə təhlükəsiz çıxışını təmin etmək üçün atılıb.

Bildirilib ki, daha öncə dəhliz üç millik zolaqla 80 mil uzunluğunda idi, hazırda isə 139 mil təşkil edir.

Müstəqil.Az

Share: