Xəbər verdiyimiz kimi “Qadınlar qadınlar üçün: Gəlin, Vətəndaş Cəmiyyəti olaraq təşkilatlanaq” təşəbbüsü çərçivəsində Gəncə şəhəri, Göygöl və Lerik rayonlarında yaradılmış “Qadın Təşəbbüs Qrupları” üzvlərinin iştirakı və layihə ekspertinin mentorluğu ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 1.4; 4.5; 5.3; hədəflərinə uyğun olaraq araşdırmalar apararaq aidiyyatlı qurumlara təqdim etmk üçün siyasət sənədləri hazırlanmışdır. Siyasət sənədlərinin hazırlanmasında əsas məqsəd mövcud qanunvericilikdə olan boşluqların doldurulması üçün qanunlara əlavə və dəyişikliklərin edilməsi, tədris proqramlarına əlavələr edilməsi üçün aidiyyatlı qurumlara təkliflərin verilməsidir.
Gəncə Qadın Təşəbbüs qrupunun “Əlilliyi olan şəxslərin səlahiyyətlərinin artırılması: Azərbaycanda əlilliyi olanlar üçün bərabər çıxışın və iqtisadi imkanların təmin edilməsi”, Göygöl Qadın Təşəbbüs qrupunun “Reproduktiv Sağlamlıq üzrə Maarifləndirmə və Qanunvericiliyin Təkmilləşdirilməsi: Təcili Problemlərin həlli və hərtərəfli rifahın təmin edilməsi”, Lerik Qadın Təşəbbüs qrupunun “Maneələrin aradan qaldırılması: Əlilliyi olanlar üçün Təhsildə Bərabərlik və Əlçatanlığın əldə edilməsinə Kompleks yanaşma” adlı hazırladıqları Siyasət sənədlərinin İctimai vəkillik kampaniyası həyata keçirilmişdir. Beləki, adı çəkilən hədəf ərazilərdə maraqlı tərəflərin, aidiyyatlı qurumların, təhsil işçilərinin, səhiyyə işçilərinin, hədəf qruplarının nümayəndələrinin iştirakı ilə yazılan Siyasət sənədləri müzakirə edilmiş və bir çox təkliflər səslənmişdir. Səslənən təkliflər redaktə edilərək Siyasət sənədinə salınacaq və aidiyyatlı qurumlara göndəriləcəkdir. Həmçinin, Siyasət sənədləri internet resurs kimi istifaə edilmək üçün də yerləşdiriləcəkdir.
“Qadınlar qadınlar üçün: Gəlin, Vətəndaş Cəmiyyəti olaraq təşkilatlanaq” təşəbbüsü Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf proqramının icra etdiyi “Azərbaycanda İnnovasiya Əsaslı və Dayanıqlı Vətəndaş Cəmiyyətinin İnkişafı” layihəsi çərçivəsində GenderLAB MMC tərəfindən həyata keçirilir.