Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının vətəndaşlarla görüşü davam edir

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının vətəndaşlarla görüşü davam edir

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının vətəndaşlarla görüşü davam edir

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə sakinlərlə görüşüb, onları narahat edən məsələlərlə maraqlanıb. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Aparatın məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

xəbər verir ki, görüşdən əvvəl qonaqlar təhsil müəssisənin şəhid məzunlarının əziz xatirəsinə həsr olunmuş löhvəni ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Niyazi Bayramov qəbulda iştirak edən vətəndaşları qarşıdan gələn ilaxır çərşənbə və Novruz bayramı münasibətilə təbrik edib, hər birinə cansağlığı arzulayıb.

Daha sonra sakinlərin müraciətləri dinlənilib. Müraciətlər arasında işlə təminat, maddi yardım və digər məsələlər yer alıb.
Bir çox məsələ yerindəcə həllini tapıb, digərləri isə araşdırılması və aidiyyəti qurumlara yönləndirilməsi üçün qeydiyyata alınıb.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər bundan sonra da davam etdiriləcəkdir.

Share: