Bir neçə ay bundan öncə Gəncə şəhər 8 saylı Maliyyə Hesablama Mərkəzində və Gəncə Təhsil İdarəsindən Maliyyə pozuntusu haqqında yazı dərc etmişdik. Düşünürdük ki, ölkəmizdə korrupsiyaya qarşı aparılan tədbirlər haqqında məlumat verməklə digər məmurlar, müxtəlif dövlət orqanları, müəssisələrdə bu çür neqativ hallar, korrupsiya faktları azalacaq. Lakin bizim Gəncə Şəhər Təhsili və 8 saylı üzrə maliyyə hesablama mərkəzi haqda dərc etdiyimiz yazı heç də ümidimizi doğrultmadı.
8 Yanvar 2020-ci il tarixli rəsmi sənəddən məlum olur ki, Gəncə Şəhər Təhsil İdarəsinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi Dövlət büdcəsindən “Doğranmış odun və ya istifadəyə yararsız taxta parçaları”na 299 min manat (iki yüz doxsan doqquz min manat) pul ayırılıb. Hansı ki, bu haqda rəsmi sənəd redaksiyamıza daxil olub. Ayrılan pul məbləğinin Nefçala rayonundan “Xalq Bank” ın filialının vasitəsi ilə köçürülməsi rəsmi sənəddən məlum olur.
Araşdırmamız nəticəsində digər suallar ortaya çıxır ki, digər rayonlarla müqayisədə Nefçala rayonu ərazi baxımından çox kiçik rayonlar sırasına daxildir. İnanılmaz rəqəmdir ki, 16 yanvar 2019-cu ildə və 08 yanvar 2020-ci ildə Gəncə Şəhər Təhsil İdarəsinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi Dövlət büdcəsindən “Doğranmış odun və ya istifadəyə yararsız taxta parçaları”na ümumilikdə iki il ərzində 588 min 690.0 manat (beş yüz səksən səkkiz min altı yüz doxsan manat) pul ayırması inandırıcı olsun. Bu absuddur. Axı Neftçala rayonunda “Meşə qoruğu” yoxdur, digər tərəfdən Neftçala rayonuna ərazi baxımından yanaşsaq, adıçəkilən rayonda iki il ərzində istifadəyə yararsız yarım miliyonluq odun əldə etmək mümkünsüzdür.
16 yanvar 2019-cu il tarixinə aid olan rəsmi sənədi yenidən xatırladırıq ki, oxucularımıza qaranlıq qalmasın. 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi Dövlət büdcəsindən “Doğranmış odun və ya istifadəyə yararsız taxta parçaları”na 289.690 manat və 08 yanvar 2020-ci il tarixinə aid olan 299.00 min manatın, iki il ərzində ümumilkdə 588 min 690 manatın istifadəyə yararsız taxta parcalarına sərf olunması haqqında aidiyyəti orqanlar araşdırma aparsın və nəticə barəsində “Hürriyyətin” elektron ünvanına rəsmi məlumat verilsin.
Mövzuya qayıdacayıq.
AZƏR,
“Hürriyyət”in Gəncə üzrə müxbiri
Rəsmi e-poçt ünvanımız: [email protected]