Nilay Əliyeva erməni terroru nəticəsində hər iki valideynini itirən uşaqlardan biridir.
“Qafqazinfo” xəbər verir ki, erməni vandalizmi nəticəsində balaca Nilay təkcə valideynlərini deyil, nənəsini də itirib.
Həmin vaxt Nilayın heç iki yaşı yox idi. Atası Adil Əliyev partlayış zamanı, Günay Əliyeva isə bir gün sonra şəhid olub.
Nilay hazırda ana nənəsi Sevil Babazadənin himayəsindədir.
Qeyd edək ki, Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Bu terror nəticəsində 26 nəfər həlak olub, 170-dən çox insan yaralanıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.