Gəncədə iki nəfər bıçaq xəsarəti alıb.
-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. 1985-ci il təvəllüdlü S.Məsimov ayağından, 1995-ci il təvəllüdlü E.Əsgərov isə qolundan bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım olunub, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, onlar dava zamanı bıçaq xəsarəti alıblar. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.