Gəncədə gözəllik salonunun qapısı sındırıldı

Gəncədə oğurluq hadisəsi baş verib.

Lent.az xəbər verir ki, şəhərin Kəpəz rayonunda naməlum şəxs və ya şəxslər gecə saatlarında Heydər Əliyev prospektində yerləşən və Abdullayeva Telli Bayram qızına məxsus olan gözəllik salonundan oğurluq edib. Qapını sındırmaq yolu ilə salona daxil olan şəxslər oradan 100 manat pul oğurlayıblar.

Araşdırma aparılır.

Müstəqil.Az

Share: