Gəncədə qadın sürücü maşını digər avtomobilə çırpıb.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospekti ilə Məmməd Xələfov küçəsinin kəsişməsində qeydə alınıb. Şəhər sakini 1973-cü il təvəllüdlü Aynur Hüseynova idarə etdiyi “Porcshe” markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirərək əvvəlcə “Mercedes”ə, daha sonra isə yol kənarındakı ağaca çırpıb. Qəza zamanı xəsarət alan olmasa da, “Porcshe” yararsız hala düşüb.
Fakla bağlı araşdırma aparılır.
Elmar Əli