Gəncədə şəhərində yağış suları ciddi fəsadlarla yol açıb.
-nın yerli bürosunun məlumatına görə, ötən gecə yağan güclü yağışdan sonra gələn sel suları şəhərin Bayan küçəsi 10 a ünvanında Cahangir Əliyevə məxsus evin barısını yuyub və barı tamamilə uçub.
İlkin məlumata görə, barının altında 6 baş xırda buynuzlu heyvan, o cümlədən 15 ev quşu tələf olub. Evə ciddi ziyan dəyib. Bundan əlavə qonşuluqdakı evlərin divarları çatlayıb. Həmçinin sel suları sözü gedən küçədə asfalt örtüyünü sıradan çıxardıb.