Böyük Britaniyanın “The London Post” informasiya agentliyi Ermənistan ordusu tərəfindən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin raketlər atəşinə tutulması barədə ətraflı məlumat yayıb.
Müstəqil.Az Teleqraf.com-a istinadla xəbər verir ki, məlumatda Gəncənin mülki obyektlərinin, tarixi binalarının raket hücumuna məruz qaldığı vurğulanıb.