Müstəqil.Az -ın DSD İB yi ilə birgə hazırladıqları “Dənizçi həyatı” lahiyəsinin budəfəki qonağı Dövlət Dəniz və Liman agentliyinin Gəmi hərəkətinin İdarəedilməsi Mərkəzinin direktoruMəzahir Niftiyevdir
-Məzahir kapitan, “Dənizçi həyatı” layihəsində həmsöhbət olmazdan öncə, sizi oxucularımızla tanış etmək istərdim.
– 1964-cü ilin avqust ayının 15-də Masallı rayonuun Çaxırlı kəndində anadan olmuşam. Orta məktəbi də elə bu kənddə bitirmişəm. 1985-ci ildə Bakı Dəniz Yolları Məktəbini, 1997-ci ildə Bakı Dövlət Unversitetini bitirmişəm. Əmək fəaliyyətinə XƏZƏRDƏNİZNEF Donamasının “Professor Tağıyev” gəmisində kapitanın 3-cü köməkçisi kimi başlamışam. Qısa müüddətdə Geloji kaşfiyyat gəmisi olan “Cümşüd İbrahimov” gəmisinə kapitan təyin olunmuşam. Uzaq səfərlər kapitanıyam. Gəmiləri DP-ilə idarəetmə tam Sertifikatlarım var. Dünyanın fərqli şirkətlərində demək olar ki, bütün tipli gəmilərdə kapitan olaraq çalışmışam. İlərlə okeanlarda üzmüşəm.
– Dediyiniz kimi bu vaxta qədər müxtəlif ölkələrin dəniz sularında üzmüsüz, dənizçi peşəsini daha dolğun olaraq mənimsəmisiz. Deyin, dənizə maraq, bu sənəti çeçmək sizdə necə yarandı?
– Hələ uşaqlıqdan dənizə həvəsim olub. Demək olar ki, dənizdən bəhs edən bütün filimləri izləmişdim, tapdığım kitabları oxumuşdum. Ekvator, meridian, dünyanın ən dərin yeri olan Mariyan çökəkliyi, Magellan boğazı, Bermud üçbucağı, Ümüd burnu kimi, okeanlarla bağlı belə maraqlı yerləri görmək həvəsi məni dənizçi olmağa həvəsləndirirdi. Şükür, Allah sadaladığım yerlərdən də maraqlı yerlərdə olmağı Allah mənə qismət etdi,
– Dənizçi həyatı dedikdə, ilk öncə nələri düşünürük? Bu həyatın, başqa sənət adamlarının həyatı ilə fərqi nədir?
– Dənizçi olmaq mübariz olmaq, deməkdir. Dəniz həyatı məni hər cür bərkə-boşa salıb. Bu peşənin sahibləri güclü insanlardır. Dünyanı gəzmək şansım olub, bir neçə ölkələri çıxmaq şərtilə dünyanın su ilə sərhəddi olan bütün ölkələrində olmuşam. Yaddaşımda bunlarla bağlı xoş xatirələrim çoxdur. Dənizçi peşəsi fərqli peşəsidir, bu peşəni başqa peşələrlə müqayisə etmək çox çətin olar. Dənizçinin həyatı ilə sahildə olanların həyat tamamı ilə ferqlidir, buna alışmaq hər adamın işi deyil. Dənizçi olmaq dəniz adamı olmaq deməkdir.
– Dənizçi olmaq, həm də, könüllü olaraq bir çox məhrumiyyətlərlə razılaşmaq deməkdir. Heç təəssüflənmisinizmi?
– Dənizçi dalğalarla həyatı boyu mücadilə edən bir insandır. Ona qalib gəlmək, həyatda qalmaq, yaşamaq deməkdir. Bəzən səfər uzun sürəndə təəssüf hissi olub… Amma tez unudulub. Uzun müddəd dənizdə işləyən dənizçilər həyatlarını dənizsiz təsəvvür edə bilmirlər. Dənizçi həyatı macəralarla dolu olduğundan hər zaman nə isə ğözləyirsən.
– Dənizçinin xarakteri də dəniz havası kimidir? Fərqli, dəyişkən…
– Əsil dənizçilər mən gördüyüm qədər heç zaman xarakterlərini dəyişmirlər. Tez xarakterini dəyişən adamları da sevmirlər. Necə deyirlər dənizçinin bir, dənizin isə müxtəlif üzü olur.
– Bir vaxtlar gənc dənizçi olmusuz, çox güman ki, kimlərdənsə, görüb götürmüsüz. Kimləri xatırlaya bilərsiz?
– Mən müxtəlif millətlərdən olan dənizçilərdən çox șey öyrənmişəm. Amma elə hamiçilər olub ki, heç zaman unutmaram. Onlar çox olduğundan adlarını saysam unutduqlarım inciyər. Bizim gəncliyimizdə yaşlı kapitanlar nəyisə öyrətməyi çox sevirdilər.
– Gənc dənizçilərə tövsiyyəniz nə olardı?
– Dənizi sevsinlər ki, dəniz onları ucaltsın.
– Dənizçilərin macəra dolu həyatı olur, dediniz, bəlkə hansısa maraqlı bir hadisəni danışasız.
– Çox macaralar olub, danışsan bitməz. Heç bilmirsən hansını danışasan. Bir dəfə Sarqaz dənizində üzəndə cavan dənizçilərdən biri üzdüyümüz rayonun Bermud üçbucağı olduğunu biləndə stesdən hallı pisləşdi. Elə vəziyyət yarandı ki, biz sahildən kömək istəmək məcburiyyətində qaldıq. Sahildən kömək ediləcək yerin Bermud adaları olacağını bildirdilər. Gəmi Bermud adasına yaxınlaşanda gördük ki Bermud adası tam fərqli bir məkandır, turistlərin istirahət etdiyi yerdir. Həkimlər gəmiyə gələndə qorxudan yerindən durmayan dənizçini xərək ilə kayutadan çölə çıxaranda adanın gözəliyini ğörüb xərəkdən durub qaçdı.
– Məzahir kapitan, dənizdən əldə etdikləriniz, yoxsa əlinizdən buraxdıqlarınız çox oldu?
– Dəniz mənə hər şey Verdi, həm maddi, həm mənəvi. Çoxlu maraqlı insanlar ilə tanışdım, dünyant gördüm. Macaralar dolu günlər yaşadım. Amma illərin necə keçdiyini bilmədim…
Söhbətləşdi:Faiq Balabəyli